XİN-də ciddi pozuntu
Nazirliyin işçisi olmayanlara diplomatik vəzifəli şəxslərə bərabər tutularaq 50 faiz əlavə maaş yazılıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müttəfiqlik bəyannaməsinə Lavrov “töhfə”si
Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib
-
“İşğal aradan qaldırılmalıdır”
Hikmət Hacıyev: “Azərbaycan qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır”
-
“Müharibəyə çağırışdır”
Azərbaycan XİN Paşinyanın Qarabağa səfəri haqda
-
Danışıq xətrinə danışıq işğalı legitimləşdirməkdir!
«Ermənistan təxribatları artırdıqca işğalın ömrü azalır...»
-
«İrəvan hər yola əl atır»
Azərbayvan XİN: «Ermənistan-Azərbaycan münaqişəsi ATƏT regionunda sülhə ən ciddi təhdid olaraq qalır»
-
Məmmədyarov Nalbandyanla Brüsseldə görüşəcək
Azərbaycan XİN-dən açıqlama gəldi
-
«Yorucu müharibə»
Azərbaycanın Qarabağda yeni strategiyası ...
-
XİN etiraz edir
«Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə hüquqi qüvvəyə malik deyil»
-
Qarabağ problemin həllində süstlükdür
Həmsədrlər bölgəyə səfər etsələrdə də, həmişəki kimi yeni planları yoxdur
-
«Həmsədrlərin bəyanatlarndan doymuşuq»
Politoloqlar onların növbəti səfərindən də ciddi nəticə gözləmirlər
-
«Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır»
Tanınmış ekspertdən çağırış
-
Qarabağda vəziyyət təhlükəlidirmi?
Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün münaqişədən istifadə edə bilərmi?
-
Azərbaycan əsgəri erməni nazirin sözünü ağzında qoydu
«Danışıqların alternativi yoxdur» deyən Nalbandyana alternativi göstərdilər
-
«Ermənistanın xülyalarına imkan verilməyəcək»
Azərbaycandan ATƏT dövlətlərinə çağırış
-
XİN-dən sərt qərar
«Referendum» komediyasını izləyənlər «qara siyahı»ya salınacaq
-
Separatçıların «seçkisi» pislənildi
Həmsədrlər qondarma «referendum» aktı barədə bəyanat verdi
Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyətində dövlət vəsaitinin icrası ilə bağlı ciddi maliyyə nöqsanları, qeyri-qanuni artırılmış ştat vahidləri və saxta ezamiyyələr aşkarlayıb. Bu barədə Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Auditlə əhatə olunan dövrdə nazirlikdə bəzi xərclər üzrə proqnozların düzgün hesablanmaması, vəsaitlərdən tam, düzgün istifadə edilməməsi faktı aşkarlanıb. Audit zamanı aşkar olunub ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təyinat dəyişikliyinə yol verilib, mərkəzi aparatın strukturunda idarələr (şöbələr) Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş normativdən az ştat vahidi ilə fəaliyyət göstərib, bəzi dövlət qulluqçularına vaxtından əvvəl ixtisas dərəcəsi verilib, dövlət qulluqçuları və diplomatik xidmət əməkdaşları üçün referent vəzifəsi nəzərdə tutulmadığı halda, bir sıra hallarda təminedici idarə və şöbələrdə referent vəzifəsi edilərək onlara məsləhətçinin əmək haqqına uyğun əməkhaqqı verilib.
Yoxlamalar zamanı məlum olub ki, XİN tərəfindən diplomatik rütbələrin verilməsi qaydaları müəyyən edilməyib, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, onlara verilən təminatlar və kompensasiyaların hesablanması zamanı qanunvericilik aktlarına əməl edilməyib. Hətta bəzi hallarda rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına saxlanılan əməkhaqqı üzrə, diplomatik rütbəyə görə və səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərcləri üzrə artıq vəsait xərcinə yol verilib. Bundan başqa, iki halda fövqəladə və səlahiyyətli səfir təyin olunan şəxslərə saxlanılmalı olan əmək haqqının məbləği artıq hesablanıb, nazirliyin işçisi hesab edilməyən və beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar rotasiya qaydasında diplomatik vəzifə tutan şəxslərə bərabər tutularaq 50 faiz əlavə əmək haqqı saxlanılıb.
Eyni zamanda aşkar olunub ki, XİN-in balansında müəyyən edilmiş limitdən artıq xidməti minik avtomobilləri saxlanılıb, nəqliyyat vasitələrinə yanacaq sərfi və xüsusi təyinatlı nəqliyyat vasitələri (mikroavtobus) üçün aylıq yürüş həddi normalarının, xarici ezamiyyətlər zamanı müəyyən edilən qaydaların, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı xərc normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq vəsait ödənilib.
Palata bundan əlavə daha bir sıra hallar üzrə də xeyli vəsait itkisi faktı qeydə alıb.
Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edib, həmin qərarı icrası üçün XİN-ə göndərib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib (APA).