
Çip ixracına yaşıl işıq
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
Çinli iş adamları üçüncü ölkədən istifadə etməklə tariflərdən necə yayınır?
10 ölkədən birgə bəyanat
... Yaxud Vaşinqton, Moskva və Pekinin “pokeri”
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
İdarənin hazırladığı iki videoda ən xırda detallar incə işlənilib
Vaşinqton hərbi bazalarını genişləndirir, Pekin siyasətçilərə yaxınlaşır
Tramp administrasiyası tariflərə təzyiq edir...
17 yaralı var
Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib
Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir
22 nəfər öldü
Artan qeyri-müəyyənlik uzunmüddətli planlar qurmağı çətinləşdirir
Qonşuları ilə ərazi davası aparan Hindistan özü yaratdığı düşmənlə mühasirədədir
İslamabad Pekinə arxayındır
Tayvan Müdafiə Nazirliyi, Çinin adanın sahillərində canlı atəş təlimi keçirdiyini elan etməsindən sonra bu gün bölgəyə qoşun yeritdiyini açıqlayıb. Nazirlik təlimləri təhlükəli adlandırıb.
Nazirlik bildirib ki, Çin Tayvan ətrafında 32 təyyarə yerləşdirdiyini və adanın cənubundakı 40 dəniz mili (74 kilometr) yaxınlığındakı ərazidə təlim keçirdiyini açıqlayandan sonra Taypey lazımi cavab vermək üçün bölgəyə dəniz, hava və quru qüvvələrini göndərib.
Nazirlik qeyd edib ki, Çin hərbçiləri “birtərəfli qaydada Kaohsiunq və Pinqtunq sahillərində 40 dəniz millik təlim zonası təyin edərək, əvvəlcədən xəbərdarlıq etmədən canlı atəşli təlimlər keçirməklə beynəlxalq normaları açıq şəkildə pozub”.
Bəyanatın davamında deyilir: “Bu hərəkət beynəlxalq uçuşların və dənizdəki gəmilərin təhlükəsizliyi üçün ciddi risk yaradır. Bu, həm də regional təhlükəsizlik və sabitliyi hədəf alan açıq-aşkar təxribatdır”.
Çin, Taypeyin rədd etdiyi suverenlik iddialarının bir hissəsi olaraq adaya təzyiq göstərmək cəhdi ilə son illərdə Tayvan ətrafında döyüş təyyarələri və döyüş gəmiləri yerləşdirməsini gücləndirib.