vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
07:14 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 77 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampa “G7” zərbəsi?

Kanada müxalifəti ABŞ prezidentinin sammitə çağırılmamasını istəyir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

27.02.25 - Kanada müxalifəti ABŞ prezidentinin sammitə çağırılmamasını istəyir...

Kanadanın müxalif Yeni Demokratiya Partiyasının (NDP) lideri Caqmit Sinq ABŞ prezidenti Donald Trampı “Böyük yeddilik” (“G7”) sammitində iştirakına qadağa qoymağa çağırıb.

“Demokratiya, suverenlik və qlobal sabitliyə təhdidlər” olduğunu əsas gətirən Sinq Trampın “G7” Sammitinə buraxılmamasını tələb edib: "Bizim demokratiya və suverenliyimizi təhdid edən birini niyə dəvət edək?”

ABŞ prezidentinin hərəkətləri və siyasətinin beynəlxalq təşkilatlara ziyan vurduğunu qeyd edən Sinq, “G7” Zirvəsinin Trampın dünyanı təhdid etməsinə qarşı çıxmaq üçün müttəfiqlərlə fürsət olduğunu bildirib.

ABŞ prezidenti Tramp fevralın 14-də deyib ki, Rusiya Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-dan ibarət “G7”-yə yenidən qəbul edilməlidir.