vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
16:12 | 1 mart 2025 | Şənbə Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zelenskinin üstünlüyü ...

Bütün mütərəqqi dünya haqlının yanındadır

Adil QEYBULLA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti V.Zelenski ilə son qalmaqallı görüşünə sosial şəbəkələrdəki yanaşmalar çox maraqlıdır. Şərhlərdən görünür ki, əksəriyyət Ukraynanın qələbəyə gedən yoluna hər hansı əngəllərin çıxmağından çox narahatlıq keçirir.

Bir məqamı nəzərə almaq lazımdır ki, siyasətdə diplomatiya uğura gedən yoldur, emosiya isə uğursuzluğa. Biz hələ Sovetlər dövründə, 1960-cı il oktyabrın 12-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 15-ci sessiyasında çıxış zamanı öz fikirlərini aydın ifadə edə bilməyən SSRİ rəhbəri N.Xruşşovun auditoriyadan gələn psixoloji basqı fonunda zalda gülünc və istehza doğuran qeyri-adekvat davranışını – ayaqqabısını çıxarıb tribunaya döyəcləməsini yaxşı xatırlayırıq. Yaxud, Liviya rəhbəri M.Qəddafininin BMT tribunasından Qərb rəhbərlərinə xitabən təhqiramiz şəkildə – “Somali piratları pirat deyillər. Piratlar sizsiniz” ritorikası də uzaq tarix deyil.

Liderin intellekti, dövlət ərkanı və ən çətin hallarda səbrlə davranışı onun ruhi gücünə işarədir. Çətin hallardakı davranış əslində liderin psixoloji portretini yaradır.

Mən Zelenskinin Ukraynanın haqq savaşındakı qətiyyətini yüksək qiymətləndirirəm. Bu gün Ukrayna torpaqlarında ümumbəşəri dəyərləri, haqqı, ədaləti, azad düşüncəni, beynəlxalq hüququ qaramatlıqdan, zəlillikdən, əsarət xislətindən qorumaq üçün ləyaqət savaşı gedir. Bu savaş dünyada qul sədaqətinə qarşı savaşdır. Bütün mütərəqqi dünya Rusiyanın bu hegemonluq və istila niyyəti güdən təcavüzündə Ukraynanın yanındadır. Ukrayndada gedən savaşın mahiyyəti Vətən savaşı anlayışından daha geniş məzmun daşıyır. Orada Ukraynalı gənc qızlar da silaha sarılıblar. Öz gözəl qız övladının tabutu önündə qürurla göz yaşı axıdan atanın bu yaxınlarda sosial şəbəkələri bəzəyən fotosunu seyr edənlər bu savaşın ölçüyəglməz insanlıq faciəsinin və genofondun reproduktiv hissəsinə aid on minlərlə gənclərin canı və qanı bahasına başa gəldiyinin fərqindədirlər.

Ona görə hər bir bəşəri dəyərlərlə yaşayan beyinlər Ukraynanın qələbəsini özlərinin müqəddəs arzusu hesab edirlər.

Bu sarıdan Ağ Evdə mətbuat konfransı zamanı baş verənlər hər kəsi narahat edir. Əvvəla, bəri başdan  qeyd edim ki,  “Make America great again” kimi avantürist şüarlar seçki şüarından o tərəfə gedə bilməyəcək. Bunu D.Trampın əvvəlki hakimiyyəti göstərdi. ABŞ-ın Avropanı və NATO-nu yalqız buraxması, izolyasiya xətti, yaranan yeni konfiqurasiyada onun mütərəqqi dünya ilə mövcud əlaqələrinə və nüfuzuna ciddi zərbə vurmuş olardı. Bu mümkün olmayacaq, olsa da NATO büdcəsi ilə bağlı müəyyən razılaşmalar ola bilər. Digər tərəfdən, Tramp administrasiyasının  idxal məhsullarına yeni tariflər müəyyənləşdirmək niyyəti digər ölkələrin ABŞ-ın ixrac məhsullarına da şamil edilə bilər. Onda nə olacaq?

Bütün real və məntiqi hesablamaların gəldiyi nəticə odur ki, lobbi dəstəyi ilə Trampın yenidən bu vəzifəyə seçilməsi ABŞ-da seçki institutunun tam kamil olmadığını və xalqın iradəsinin birbaşa deyil, loqarifmal ifadəsini göstərir. Ümumiyyətlə, son vaxtlar xarizmasız, əndrabadi şəxslərin (onların arasında LGBT də yer alıb) hökumət başına gəlməsi demokratiyanın naqisliklərindəndir. Mən qətiyyən avtoritarizmə haqq qazandırmıram, əslində onun da dayaqları cəmiyyətdəki mənəvi-psixoloji duruma söykənir.

Bir sözlə, Zelenskinin ən böyük üstünlüyü ondadır ki, o haqlıdır, bütün mütərəqqi dünya onun yanındadır. Bu böyük avantajdır. Ona görə də, onun Ağ Evdəki emosional davranışını istənilən halda yanlışlıq hesab edirəm. Orada elə davranış sərgiləməlk lazım idi ki, ictimai hakimlərin basqıları ABŞ rəhbərliyinə yönəlsin. Onsuz da bu məsələdə Trampın öz maraqları var, o tam haqlı deyil, və getdikcə cəmiyyətin, medianın, publik və sosial institutların təsiri ilə optimal yola gəlməlidir. Hər şey zaman bağlıdır.