vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
19:07 | 1 mart 2025 | Şənbə Məqaləyə 109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heç kim Putin qədər həzz almır”

Tramp-Zelenski mübahisəsi Ukrayna müharibəsinə necə təsir edəcək?

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında kameralar qarşısındakı debatın əks-sədaları davam edir.

Dünən Ağ Evdə görüşən iki liderin nadir torpaq elementləri ilə bağlı sazişi imzalayacağı gözlənilirdi. Lakin Tramp və Zelenski arasında qızğın mübahisə səbəbindən saziş imzalanmayıb və planlaşdırılan mətbuat konfransı da ləğv edilib.

Görüşün əvvəlində Zelenski ABŞ administrasiyasının Rusiya prezidenti Vladimir Putini dayandırmamasından şikayətlənib. ABŞ-ın vitse-prezidenti Ceyms Vens işə qarışaraq Zelenskini hörmətsizlikdə günahlandırdı. Müzakirələrdə gərginlik artdıqca Tramp sözə qarışdı və “Ya bu müqaviləni imzalayarsan, ya da biz çıxırıq. Siz III Dünya müharibəsini başlada biləcək bir qumar oynayırsınız”, – deybi.

Vens və Tramp tərəfindən daima sözü kəsilən Zelenski, hazırkı mədən müqaviləsi mətninin yetərli olmadığını və ABŞ-ın Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərini vermədiyini bildirdi. Qızğın görüşdən sonra Tramp Zelenski haqqında “Sülhə hazır olanda geri qayıda bilər”, Ukrayna lideri isə “Mən üzr diləmək üçün heç nə etməmişəm”, – deyib.

“The Wall Street Journal” (WSJ) yazır ki, debatda “Ukrayna öz müdafiəsinə daha güclü uzunmüddətli dəstək vermək üçün kritik fürsəti əldən verir”. Trampa gəlincə, şərh paylaşılır ki, “onun Kiyev və Moskva arasında sülh sazişi imzalatdırmaq məqsədi uğursuzluğa düçar olub”.

Vaşinqtonda yerləşən analitik mərkəzi olan Avropa Siyasətinin Təhlili Mərkəzinin əməkdaşı Alina Polyakova qeyd edir ki, Tramp və Zelenski arasındakı fikir ayrılığı Putini gücləndirə bilər: “Bu vəziyyətdən heç kim Putin qədər həzz almır. Vəziyyət qaynar olsa da, mən rusların Ukraynanın təslim olması üçün sövdələşməyə getməsini gözləyirəm”.

Anonimlik şərti ilə “The Washington Post”a danışan ABŞ rəsmisi bildirib ki, Zelenski ilə mübahisədən sonra Vaşinqton Ukraynaya bütün hərbi yardımı dayandırmağı planlaşdırır.

Co Bayden administrasiyasında xidmət edən Müdafiə Nazirinin müavini Selest Uollander, “İndi belə görünür ki, Ağ Ev öz tərəfini seçib və sülh müqaviləsini zorla imzalatdırmaq üçün Putinin tərəfindədir”.

BBC-nin təhlilində deyilir ki, Zelenski ilə Tramp arasında debat NATO üçün böyük problemlər yaradacaq. Tramp həmçinin deyib ki, Ukrayna NATO-nu unutmalıdır.

Rusiyanın “Kommersant” qəzeti də debatla bağlı müxtəlif ekspertlərin fikirlərini toplayıb. Moskva Dövlət Diplomatiya İnstitutundan Maksim Sukov iddia edir ki, “Zelenski etməməli olduğu bütün hərəkətləri edib”. Akademik həmçinin qeyd edir ki, bu vəziyyət Moskva üçün imkan yaradır.

Moskva İqtisadiyyat Məktəbindən Dmitri Suslov Tramp və Zelenski arasındakı gərginliklə bağlı, “Bu, Ukraynanın məğlubiyyətini sürətləndirəcək və Rusiyanın tələblərinə uyğun olaraq sülh sazişinin imzalanmasını təmin edəcək”, – dəyərləndirmələrini edib.