vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
23:41 | 2 mart 2025 | Bazar Məqaləyə 136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əvvəlcə sülh olmalıdır”

Mayk Uolts: “Zelenski tələblərə cavab verməzsə, bu, problemə çevriləcək”

ELÇİN

MÖVZU İLƏ ƏLAQƏLİ

“Amerika Birləşmiş Ştatları Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna ilə bağlı danışıqları xoş niyyətlə aparmağa hazır olub-olmadığından əmin deyil”.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts CNN telekanalına müsahibəsində bildirib.

“Bizə aydın olmadı ki, prezident Zelenski münaqişənin dayandırılması üçün danışıqları xoş niyyətlə aparmağa hazırdırmı”, – deyə o bildirib.

Uolts əlavə edib ki, ABŞ Ukraynanın Vaşinqton və Moskva ilə əlaqələr qura bilən bir liderə sahib olmasını istəyir və əgər Vladimir Zelenski bu tələblərə cavab verməzsə, bu, problemə çevriləcək.

“Bizə elə bir lider lazımdır ki, bizimlə də, müəyyən məqamda ruslarla da iş apara bilsin. Əgər aydın olsa ki, Zelenskinin şəxsi və ya siyasi motivləri onun ölkəsində döyüşləri dayandırmaq məqsədinə uyğun gəlmir, o zaman düşünürəm ki, bizim həqiqi bir problemimiz olacaq”, – deyərkən Uolts aparıcının ABŞ prezidenti Donald Trampın Zelenskinin istefasını istəyib-istəmədiyi ilə bağlı sualını cavablandırıb.

Bu arada ABŞ dövlət katibi Marko Rubio “ABC News”a müsahibəsində bildirib ki, ABŞ administrasiyası dəfələrlə Kiyevə izah edib ki, əvvəlcə Ukraynada sülh bərqərar olunmalı, yalnız bundan sonra təhlükəsizlik zəmanətləri müzakirə edilməlidir.

“Hamı təhlükəsizlik zəmanətlərindən danışır ki, sülh təmin olunsun. Ancaq əvvəlcə sülh qurulmalıdır. Biz hələ bilmirik ki, sülh mümkün olacaqmı və ukraynalılar da bunu anlayırdı. Bu, onlara dəfələrlə izah edilib”, – deyə Rubio vurğulayıb.

***

“ABŞ hələlik Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır deyil. Onlar Ukraynanın Rusiyaya ərazi güzəştləri etməli olduğu sülh razılaşmasının bir hissəsi olmalıdır”.

“The Financial Times” qəzetinin yazdığına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts bildirib.

Onun sözlərinə görə, Amerika artıq “sonsuz şəkildə milyardlarla dollar ayırmağa” davam edə bilməz. Bununla belə, Uolts hesab edir ki, Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı danışmaq hələ tezdir.

Uolts iddia edir ki, sülh naminə hər iki tərəf güzəştlərə və kompromislərə getməlidir: “Bu müharibə başa çatmalıdır və bunun üçün ərazi güzəştləri lazımdır. Bu, Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı güzəştlər etməsini tələb edəcək. Bunun üçün bütün tərəflər danışıqlar masasına oturmalıdır. Biz bu danışıqların irəliləməsi üçün çox ciddi çalışırıq”.

Aparıcının Rusiyanın güzəştlərinin nədən ibarət olacağını dəqiqləşdirmək tələbinə cavab olaraq, Uolts bildirib: “Biz Ukraynalılardan konkretlik əldə edə bilmirik, lakin aydındır ki, bu, gələcək təhlükəsizlik zəmanətləri müqabilində müəyyən ərazi güzəştləri olacaq”.

Onun sözlərinə görə, bu məsələ əvvəlki danışıqlar raundlarında da müzakirə edilib: “Bu, Avropanın rəhbərliyi altında təmin olunacaq təhlükəsizlik zəmanətləri olmalıdır, bu, Avropanın öz təhlükəsizliyinə qismən töhfəsi olacaq”.