vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
10:11 | 2 mart 2025 | Bazar Məqaləyə 298 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İbrahimin hər gəlişi

... Yaxud Allahın nuru bağışlanmış seçilmişlər ...

Rafael HÜSEYNOV

Hər biri sevindirəndir. Yalnız Bakıya, Azərbaycana gəlişlərini demirəm. Onun ekranda hər görsənişi, hər təzə yazısı, sosial şəbəkədə hər təzə paylaşımı sevindirəndir.

Çünki bu gəlişlərin hər birində ağıldan, istedaddan, cazibəli məlumatlardan savayı xüsusi işıq var.

Və bu yalnız İbrahimin özünün daşıdığı bilgi işığı deyil. 

Həmin işığın adı maarifçilikdir ki, Allahın bu nuru bağışlamış olduğu seçilmişlər sanki özlərindən asılı olmayan şövqlə daim insanları bilgiləndirməyə, dünyanı daha yaxşı tanımağa, mənəviyyatca daha böyük və güclü olmağa yönəldirlər.

Əvəzində də  nə bir “sağ ol”, nə bir mükafat gözləyirlər.

Hər hansı əməl üçün istədiyin maddi qarşılıq, hətta quruca şifahi təşəkkür də özünə görə bir ödənişdir. Varlığında maarifçilk yükü daşıyanlarsa, etdiklərini təmənnasız, ürəkdıən, bunun müqabilinsdə nəsə ummadan edirlər.

İbrahim o qafilədəndir.

Belə adamlar içərilərindəki maarif işığını yaydıqca elə bil yükdən azad olmuş duruma gəlib rahatlaşırlar. Belə adamlar hər millətdə həmişə rast gəlinib  və həmişə də az olub.

Bu qəbildən olanlar etdiklərinin əvəzində “sağ ol”-filan gözləmirlər, çox vaxt  heç bunu deyən də olmur, onlar da nə inciyir, nə ruhdan düşürlər. Duyduqları daxili məmnunluq onlara bəs edir.

Millətimizin taleyində və düşüncəsində ciddi dönüş nöqtələrindən birinə gətirib çıxaracaq 44 günlük savaş günlərində İbrahim təqribən cəbhədə döyüşən əsgərlər qədər yatırdı. Hər gün Türkiyənin müxtəlif telekanallarında idi. Saatlarla danışırdı, izah və şərh edirdi, qardaş ölkənin ictimaiyyətini də, mətbuatını da həm doğru bilgiləndirir, həm düz istiqamətləndirirdi. O proqramların bir xeylisinə yalnız Türkiyə türkləri deyil, elə bizinkilər də – Azərbaycan türkləri də baxırdılar, daha artıq maariflənirdilər, sürətlə cərəyan edən hadisələrə dərrakəli münasibətdən doğru qiymətləndirmə dərslərini alırdılar, ümidləri, inamları artırdı.

İbrahim Nəbioğlunun nə o vaxt, nə indi – nə öz telekanalı vardı, nə qəzeti, nə saytı, nə etdiyi bu millətəxeyir işlərə görə aldığı yüksək qonorar. Tək  canı idi və nə edildisə candan edirdi – “Əhsən” barədə düşünmədən. Zatən heç olmadı da.

O, xoşbəxt idi ki, xalqına, yurduna bu minvalla azacıq da olsa xidmət edə bilib.

“Sağ ol!”u da, “Əhsən!”i də, “Təşəkkür!”ü də elə bu idi.

Məgər indi vaxtaşırı barmağından çıxan (keçmişlərdə qələmindən çıxan deyərdilər) hər öyrədici, oxutdurmağa vadar edə bilən və şirin üslubda yazılmış elmi esseləriylə əslində  mühüm xidmət göstərməkdə davam etsə də, məgər ürəyindən heç “sağ ol”  eşitmək keçir?

İçərisi – ağlı, qəlbi, ruhu, vicdanı deyir et, o da edir. Saat kimi o da bu cür qurulub. Belə Qurulu Saatlara meydan lazımdır. Meydan, səlahiyyətlər gərəkdir ki, millət üçün, vətəndən ötrü, dövlət  naminə çoxlu və gərəkli işlər görsün. Belə yüksək peşəkarlar nə qədərdir ki, görməyəsən və qədrini bilməyəsən?! Belə Saatların asta-asta daxildən QURULARAQ millət adına çalışmalara hazır olması onillərlə keçilən yol sayəsində baş verir. Əlbəttə ki, qədrini bilmək gərəkdir!

Söz yox, belə dolu bir aydının efirə, qəzetə-dərgiyə, sayta-informasiya bülleteninə, sosial şəbəkəyə hər yeni gəlişi hər dəfə sevindirir.

Dostlar arasına hər gəlişi isə sadəcə sevinc deyil – bayramdır.

Birlikdəyik və bu da məclisimizin, İbrahimin burdan ayrılıb gedəcəyi digər dost məclisinin, ordan çıxıb səhər qatılacağı (buralara gəlişi seyrək, gəlişlərinin müddəti qısa olduğundan uğrunda dava gedir, kimi daha tez tutdu tutdu!) ayrı bir ülfət  məclisinin növbəti sağlığı.

Bizim bu xudmani məclisdə tam demokratiya ( yaxud səmimiyyətin diktaturası) hökm sürdüyündən Rasim Müzəffərli və Rafiq Kazımov da söylədiklərimlə tərəddüdsüz şərikdirlər.

Şərəfinə!