

AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
İranda düşünürlər ki, Rusiya və Çinlə fəaliyyət hərbi əməliyyatdan çəkindirəcək
Donald Trampın qərardan Pekinə qarşı təzyiq aləti kimi istifadə edə bilər
İtaliya polisi qaçaqmalçılıqla məşğul olan şəbəkə ifşa edib
Tramp Çini başqa bazarlardan da sıxışdırmağa çalışacaq
Niyə investorlar hələ də qiymətli metal almağa tələsirlər?
“i-Soon” texnologiya şirkəti hakerləri işçiləri kimi təqdim edib
ABŞ-ın müdafiə naziri Çinlə istənilən müharibəyə hazır olduqlarını bildirib
Çin 2025-ci ildə müdafiə xərclərini yenə 7,2 faiz artıracaq
Trampın bu addımından sonra Çindən ABŞ-ı hədələdi
Pekin xaosdan istifadə edib Avropa və Ukraynanı tərəfinə çəkmək istəyir
Vyetnam əhali böhranının həllini axtarır
Tramp Çinə tətbiq edilən tarifləri 20 faizə qaldırıb
Pekin fentanillə bağlı bir söz demir
Lazerlər və PUA-larla bağlı inqilabi hərbi innovasiya
Çin Cənubi Çin dənizində quruya çıxan Filippinin “İkinci Thomas Shoal” hərbi gəmisinin ətraf mühiti çirkləndirdiyini iddia edib. Cənubi Çin dənizi İkinci Dünya müharibəsindən bəri mübahisələrin predmeti olub.
Çin dövlət televiziyası CGTN özünün sosial media hesabında filippinli dənizçilərin zibil yandırdığını və çinlilərin “BRP Sierra Madre” adlandırdığı gəmidən tüstünün yüksəldiyini əks etdirən video yayımlayıb.
Yazıda bildirilirdi ki, gəmidə zibil yandırmaq “ekoloji mühiti təhdid edir”.
Çinin Təbii Sərvətlər Nazirliyinin ötən il açıqladığı hesabatda qayalıqda qapalı vəziyyətdə tapılan gəminin "mərcan rifi ekosisteminin müxtəlifliyinə, sabitliyinə və davamlılığına zərər verdiyi" qeyd edilib.
Hesabatda gəminin 400 metrliyində mərcan sıxlığının 90 faiz azaldığı, sudakı metal sıxlığının təhlükəsiz səviyyədən yuxarı olduğu və dəniz həyatına mənfi təsir göstərdiyi qeyd edilib.
***
Cənubi Çin dənizindəki Spratli adalarının bir hissəsi olan və Filippinin nəzarətində olan “Second Thomas Shoal” son vaxtlar iki ölkənin gəmilərinin üz-üzə gəlməsi gərginliyə səhnə olub.
Filippin Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi 1999-cu ildən bəri filippinlilərin “Ayungin”, çinlilərin isə “Rınai” adlandırdığı dayazlıqlarda dayanır. Pekin administrasiyası “BRP Sierra Madre” hərbi gəmisinin qeyri-qanuni olaraq bölgədə olduğunu bildirir və onun geri çəkilməsini və rifin ilkin vəziyyətinə qaytarılmasını tələb edir.
Çin Sahil Mühafizəsinin gəmidəki dənizçilərin ehtiyaclarını ödəmək üçün Filippinin fasilələrlə təchizat səfərlərini əngəlləmək səyləri iki ölkə arasında gərginliyə səbəb olub.
***
Cənubi Çin dənizi, sahilyanı dövlətlər müstəqillik əldə etdikdən sonra İkinci Dünya Müharibəsindən bəri region ölkələri arasında mübahisələrin mərkəzində olub.
Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxuna iddia edib, Filippin, Vyetnam, Bruney və Malayziyanın da yeraltı sərvətlərlə zəngin olan bölgəyə iddiaları var.
Birləşmiş Ştatlar, eləcə də region ölkələri Çinin bölgədəki mübahisəli adalarda bazalar tikməsinə və mülki gəmi donanması, eləcə də hərbi eşelon mövcudluğuna qarşıdır.
Haaqa Daimi Arbitraj Məhkəməsi 2016-cı ildə Filippinin müraciəti ilə bağlı qərarında Çinin Cənubi Çin dənizində birtərəfli iddiaların qanunsuz olduğuna qərar verib.