vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
22:32 | 5 mart 2025 | Çərşənbə Məqaləyə 84 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Güclü olmalıyıq”

ABŞ-ın müdafiə naziri Çinlə istənilən müharibəyə hazır olduqlarını bildirib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Çin rəsmilərinin Tramp administrasiyasının tarif tətbiqləri ilə bağlı ABŞ-la “hər cür müharibəyə hazırıq” ifadələrinə cavab olaraq ABŞ-ın müdafiə naziri Pit Heqset, ABŞ-ın da buna “hazır olduğunu”, – deyib.

“Fox News”a danışan nazir Çinin Vaşinqtondakı səfirliyinin verdiyi açıqlama ilə bağlı sual verilib.

Heqset, ABŞ-ın “müharibə istəmədiyini”, lakin Çinlə mümkün müharibəyə “hazır olduqlarını” bildirdi.

“Sülh istəyənlər müharibəyə hazır olmalıdırlar. Biz hazırıq. Çin və ya hər hansı başqa ölkəyə qarşı çəkindirici olmaq istəyiriksə, güclü olmalıyıq”, – Heqset deyib.

ABŞ Prezidenti Donald Trampın sülhün güclə gəldiyini anladığını ifadə edən Heqset, “Buna görə də ordumuzu, döyüşçü prinsipləri əsasında çəkindirmə qüvvəsini yenidən qururuq. Çox fərqli ideologiyalara malik güclü, yüksələn ölkələrin olduğu təhlükəli bir dünyada yaşayırıq”, – deyib.

Dünən Trampın ölkəyə gələn fentanillə mübarizədə uğursuzluqlar səbəbiylə Çinə tətbiq edilən gömrük tarifini yüzdə 10-dan 20-yə yüksəltdikdən sonra sosial media platformasında Çinin Vaşinqtondakı səfirliyinin “X” hesabında açıqlama verilib.

“Əgər Birləşmiş Ştatlar həqiqətən də fentanil problemini həll etmək istəyirsə, onda ediləcək ən doğru şey Çinlə məsləhətləşmək, bir-biri ilə bərabər davranmaqdır. Əgər ABŞ-ın istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi, istərsə də hər hansı digər müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq”, – bəyanatda deyilir.