
Bakı-Dəməşq dialoqu
Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər
Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər
İsrailin Suriyadakı maraqları iki istinada söykənir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Vaşinqton Suriyada dürzilərə qarşı zorakılığı pisləyir
Dürzilər yeni administrasiyaya məzhəbçilik və separatizm təhlükəsi barədə xəbərdarlıq edir
Səfirliyin marşal planını oxşarı olan gizli sənədlərində Tehranın “imperiya ambisiyaları” üzə çıxdı
Təşkilat evlərinə qayıdan suriyalıların sayını açıqladı
Dürzilər haqda nə bilirik?
Basqınlar zamanı ailələrin evlərindən zorla atıldığı iddia edilir
Əsəd dövründə postlarını tərk etmiş keçmiş diplomatlara yeni hökumətdən çağırış
Suriya hər bir regional oyunçunu tarazlaşdırmaq istəyir
“Ekstremistləri məhv etmək, fələstinli qrupları qovmaq”
“Sığınacaq müraciəti rədd edilən heç kim Almaniyada daimi qala bilməz”
Suriyada kimyəvi silah xəbərdarlığı
Türkiyənin Suriyanın parçalanmasını istəmir
Suriyada Türkiyənin ən azı 2 hərbi kontingenti olacaq
Vətəndaş savaşına qədər Suriyanın 74 faizi Sünnilər, 12 faizi Ələvidir, 1 faiz İsmaili və xristian azlıqlar idi.
Dünənə qədər dövləti SSRİ-nin dəstəyi ilə hakimiyyətə gələn Əsəd ailəsi idarə edirdi. Əsəd ailəsi ələvi olduğu üçün azlıq çoxluqdan yaxşı yaşayırdı. Məmur, general postları, pul-para əsasən ələvilərdə idi. Elə savaşda bu ayrı seçkilikdən başladı.
13 illik savaşdan sonra hakimiyyətə yenə sünnilər gəldi. Türkiyə ağıllı iş görüb içlərindən güclü bir liderə dəstək verdilər, Əl-Şara oldu prezident. O qədər baş kəsən, mücahid, psixikası pozulmuş əsgəri başqa biri idarə edə bilməzdi.
Əl-Şara da kostyumunu geyinib, əsgərlərini inandıra bildi ki savaş bitdi: “Azlıqlara dəymək, qisas dalınca qaçmaq bizə sərf eləmir. Gəlin özümüzü çağdaş, mədəni göstərək sanksiyalar üstümüzdən götürülsün, pul toplayaq dağılmış şəhərləri tikək”
Kimə sərf eləmədi? İrana. Xameneyi ələviləri yeni hökumətlə mübarizəyə səslədi, SEPAH silah daşıdı. Martın 7-si Ələvi şəhərlərində silahlı üsyan qalxdı. Küçələrdə keşik çəkən onlarla polis öldürdülər.
Gecə saatlarında Şaranın ordusu üsyanın qalxdığı, ələvi şəhəri Latakiyaya girdi. Dünəndən qətliamdır, silahlıların hamısını öldürüblər. Videolar çıxır qarşıma, yüzlərlə ələvini dizi üstə süründürüb, it səsləri çıxarmağa məcbur edirlər. Kişiləri evdən çıxardıb, maşınlara doldurub harasa aparırlar.
Ordu nə Şaranı dinləyir, nə rəhbərliyi. Əsgərlər 13 ildir səngərdə qan tökürlər, ailə üzvündən kimsəni itirməyən yoxdur. Barışığa təzə inanıb özlərini cilovlamışdılar, yeni üsyan çıxdı. O üzdən qansızdılar. Dünya da bezdiyindən susur, heç bir bəyanat verilməyib.