vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
15:46 | 7 mart 2025 | Cümə Məqaləyə 81 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Türkiyə zəifləmiş Avropa üçün əvəzolunmaz olub”

“Le Monde”: “Putinlə münasibətinə baxmayaraq, Rusiyanı Suriyadan çıxardı”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın “Le Monde” qəzeti Türkiyənin indi zəifləmiş Avropa İttifaqının (AB) əvəzolunmaz tərəfdaşına çevrildiyini bildirib. “Le Monde”un “Əvvəllər “problemli” tərəfdaş kimi görünən Türkiyə zəifləmiş Avropa İttifaqı üçün əvəzolunmaz hala gəldi” başlıqlı xəbər məqaləsində Türkiyə-AB münasibətlərinə Ukrayna kontekstində toxunulub.

Yazıda Fransa prezidenti Emmanuel Makronun Ukraynaya dəstəyini təsdiqləmək üçün fevralın 17-də Parisdə keçirilən Ukrayna Sammitində yeddi Avropa ölkəsinin liderlərini, NATO və beynəlxalq qurumların nümayəndələrini bir araya gətirdiyi xatırladılıb.

Məqalədə bir çox AB ölkəsinin sammitə dəvət edilməməsi ilə bağlı hiss etdiyi narahatlıqlara toxunulub və “Bir ölkənin yoxluğu gözə çarpdı: NATO-nun ikinci hərbi gücü Türkiyə” ifadəsi yer alıb.

Yazıda Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Ceyms Vens arasında ABŞ-da Oval kabinetdəki müzakirənin prosesi dəyişdiyi diqqətə çatdırılıb və ABŞ-da yerləşən Hudson İnstitutu beyin mərkəzinin Yaxın Şərq üzrə eksperti Zineb Ribuanın Türkiyənin Paris sammitində iştirak etməməsini “strateji səhv” adlandırdığını bildirilib.

Xəbərdə bu səhvin martın 2-də İngiltərənin paytaxtı Londonda keçirilən zirvəyə xarici işlər naziri Hakan Fidanın dəvət edilməsi ilə düzəldildiyi və Fidanın zirvədən sonra Avropa üçün müzakirə edilən yeni təhlükəsizlik arxitekturasında ölkəsinin iştirakının əhəmiyyətini vurğuladığı bildirilib.

İllərdir AB-dən uzaqlaşdırılan Türkiyənin indi müxtəlif və mürəkkəb diplomatik aspektləri olan bir ölkə kimi göründüyü bildirilən hesabatda, “Atlantik Alyansın bəzi üzvləri tərəfindən ən yaxşı halda problemli, dağıdıcı və ən pis halda etibarsız hesab edilən Türkiyə, Vaşinqton üçün son dərəcə həssas, dəyişkən bir mövqeyə çevrildi.

Məqalədə 22 ildir prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin Rusiya ilə əməkdaşlıq edə bilən və bununla bərabər Kremlin Suriyadakı təsirini məhdudlaşdıra bilən nadir regional güclərdən biri olduğu vurğulanıb: “Bəşər Əsəd devrilməmişdən əvvəl Moskva Türkiyənin Suriyanın şimalındakı təsirinin sərhədlərini və parametrlərini müəyyənləşdirirdi. Bu gün isə əksinədir. Bu, AB ölkələrini ciddi şəkildə Türkiyə rəsmilərini tez-tez masa arxasına gətirəcək mexanizmləri tətbiq etməyə təşviq edir”.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 18-də Ukraynanı müzakirə etmək üçün Səudiyyə Ərəbistanında görüşüb, eyni zamanda Zelenski Ankaraya gələrək prezident Ərdoğanla görüşüb.

Xəbərdə deyilir ki, “Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidentini qəbul edib və “Türkiyə Ukraynanın gələcəyini təyin edən əsas aktor olmağa davam edir” mesajını verib”, – fikri vurğulanan yazıda, Zelenskinin “AB, Türkiyə və Böyük Britaniyanın regionları üçün təhlükəsizlik təminatları yaratmaq üçün ABŞ ilə danışıqlarda iştirak etməli” deməsi ilə bu fikri dəstəklədiyini qeyd edilib.

Yazıda prezident Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlər qurmasına baxmayaraq Ukraynanın ən böyük dəstəkçilərindən biri olduğu vurğulanıb: “Türkiyə Rusiyanın Qara dəniz bölgəsində aqressiv genişlənməsini öz ölkəsinin geosiyasi və enerji təhlükəsizliyinə təhdid kimi qəbul etməyə bilməz”.

Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Ukraynaya dəstək verməkdə tərəddüd edən bir çox Avropa ölkəsindən fərqli olaraq Türkiyə Montrö konvensiyasına əsasən boğazları rus döyüş gəmiləri üçün bağladı. Bundan başqa, Türkiyənin Kiyev hökumətinə Bayraktar TB2 PUA-ları verdiyi də yazıda qeyd olunub qeyd edilib.

Məqalədə “Qərbin Moskvaya qarşı sanksiyalarını həyata keçirmədən Ukraynanı silahlandırarkən Rusiya ilə danışıqlar aparan Türkiyə milli tarazlıq siyasəti yürüdür”, - deyə məlumatda bildirilir.