vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
22:22 | 9 mart 2025 | Bazar Məqaləyə 65 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ Ev qarşısında silahlı şəxs

Şübhəli ABŞ Məxfi xidmətinin əməkdaşları tərəfindən güllələnib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bazar günü səhər saatlarında bir silahlı şəxs baş verən atışmadan sonra Ağ Evin yaxınlığında ABŞ Məxfi Xidmətinin agentləri tərəfindən güllələnib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, şübhəlinin İndiana ştatından olduğu güman edilir.

Məxfi xidmətin açıqlamasında gecə yarısı Ağ Evdən bir məhəllədə baş verən insidentdə başqa heç kim xəsarət almayıb. Hadisə zamanı prezident Donald Trampın Floridada olduğu da bildirilib.

Məxfi xidmət yerli polisdən İndiana ştatından Vaşinqtona səfər edən və “intihar niyyətində olduğu” iddia edilən şəxs haqqında məlumat alıb. Yaxınlıqda kişinin avtomobili və onun təsvirinə uyğun olan şəxs tapılıb.

Məxfi xidmətin bəyanatında deyilir: “Əməkdaşlarımız yaxınlaşdıqca, şəxs silahı onlara tərəf doğruldub atış açıb. Bu zaman şəxsi heyətimiz qarşılıq verib”.

Silahlı şəxs xəstəxanaya aparılarkən, Məxfi xidmət onun səhhətinin vəziyyəti ilə bağlı heç bir məlumat almadıqlarını bildirib.

Hadisəyə hüquq-mühafizə orqanları cəlb edildiyi üçün şəhər polis idarəsi araşdırmalara başlayacaq.