

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
Ukrayna ilə mədən sazişini dayandıran ABŞ Afrika ölkəsinə üz tutur
Trampın əlavə rüsumlar tətbiqindən sonra Çin ABŞ-ın seçilmiş məhsullarına 10-15 faiz əlavə rüsumlar tətbiq etməklə qarşılıq verib. Daha sonra XİN sözçüsü Trampa sərt cavab verib və hər cür müharibəyə hazır olduqlarını açıqlayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Ciani Trampı tənqid atəşinə tutaraq, “Hədələr bizi qorxutmur. Zorbalığın bizə təsir etmir. Təzyiq, məcburiyyət və ya təhdidlər Çinlə mübarizədə doğru yol deyil. Əgər ABŞ-ın istədiyi müharibədirsə, tarif müharibəsi, ticarət müharibəsi və ya başqa bir müharibə olsa, sona qədər mübarizə aparmağa hazırıq”. – deyib.
Çin və ABŞ arasında ticarət müharibəsi ilə başlayan gərginlik getdikcə artır. İki ölkə arasında son 48 saat ərzində baş verən hadisələrə baxsaq, ilk addım ABŞ-dan gəlib.
ABŞ prezidenti Donald Tramp ölkəyə gələn fentanillə mübarizədəki uğursuzluqları əsas gətirərək Çinə tətbiq edilən gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırdığını açıqlayıb.
Çin ABŞ-ın bir çox seçilmiş məhsullarına, xüsusən də kənd təsərrüfatı məhsullarına və ətinə 10-15 faiz əlavə vergi tətbiq etməklə tez cavab verdi.
Bu, Çinin yeganə addımı deyildi. Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian həftəlik brifinqdə ölkəsinin siyasətini izah edərkən ABŞ-a meydan oxuyub.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Trampın fentanildən istifadə etməsinin “ABŞ-ın Çin idxalına tarifləri artırmaq üçün əsassız bir bəhanədir. ABŞ-da baş verən fentanil böhranından başqaları deyil, ABŞ məsuliyyət daşıyır. Amerika xalqına qarşı insanlıq və xoş niyyət ruhu ilə ABŞ-a bu problemin həllində kömək etmək üçün möhkəm addımlar atdıq, amma Vaşinqton bizi tarif artımı ilə şantaj edir”.
ABŞ-a kömək etdikləri üçün cəzalandırıldıqlarını iddia edən sözçü, “Bu, ABŞ-ın problemini həll etməyəcək və narkotiklərlə mübarizə dialoqumuzu və əməkdaşlığımızı pozacaq”.
“Çinə maksimum təzyiq göstərən hər kəs səhv variantı seçir və yanlış hesablama aparır. Əgər Birləşmiş Ştatlar həqiqətən də fentanil problemini həll etmək istəyirsə, onda ediləcək ən doğru şey Çinlə məsləhətləşmək, bir-birinə bərabər davranmaqdır”.
***
Sabah Çinin paytaxtı Pekində ölkənin iki nömrəli rəsmisi olan Li Qianqın Ümumçin Xalq Nümayəndələri Konqresinin illik toplantısındakı açılış nitqində Trampın təhdidlərinə toxunacağı gözlənilir.
Eyni çıxışda Çinin iqtisadi artımı, çatdığı və çatacağı hərbi xərclərin səviyyəsi kimi təfərrüatları verərək ABŞ-ın artan təzyiqləri qarşısında Çinin davranışlarını göstərməsi gözlənilir.