
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
AfD lideri Veydelin sözləri gizli hesabatda
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Almaniyada yeni sorğu – 2 həftə ərzində AfD-nin reytinqi düşüb
125 illik ənənəvi maşınqayırma zavodu müflisləşdiyini elan etdi
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Münhendə dostluq etmək də çətindir, Berlin Hamburq da geri qalmır
“Onların paltarlarındakı yanıq dəlikləri vardı”
Almaniya siyasətində təəccüblü hadisələr yaçanır
Almaniya kansleri 2 həftə vəzifədə qalacaq
... Almaniyada qar gözlənilir
Vəzifəsini tərk edən Almaniya kansleri getməzdən əvvəl kimə zəng etdi?
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya ərazisini bombalayan Britaniya strateji bombardmançılarını müşayiət edəcək strateji qırıcılar yox idi. Buna görə də hücumu zamanı xeyli bombardmançı alman qırıcı təyyarələri tərəfindən vurulurdu.
Almanlar bombardmançı təyyarələrlə mübarizə üçün xüsusi sistem qurmuşdular. Radarlardan ingilis təyyarələrini marşrutu barədə informasiya alan operatorlar onu qırıcı təyyarələrin pilotlarına ötürürdülər. Pilotlar da göstərilən koordinatlara doğru uçur, düşmən borbardmançılarına maksimum tələfat yaşatmağa çalışırdılar.
Radist və pilot rabitəsi adi tezlikdə və açıq mətnlə həyata keçirilirdi. Şifrləməyə və deşifrləməyə vaxt yox idi.
İngilis kəşfiyyatı bu sistemi pozmaq və itkiləri azaltmaq üçün tədbirlər fikirləşdi. Əvvəlcə “Tinsel” əməliyyatı keçirildi. Bombardmançılar güclü radioötürücü ilə təmin olundular, mühərrikin yanında isə mikrofon yerləşdirildi. Almanların hansı dalğada danışdığını müəyyənləşdirən təyyarə radisti həmin tezliyə mühərrikin səsini yönəldir və almanların danışığını batırmağa çalışırdı. “Tinsel” ilk dəfə 1942-ci il dekabrın 6-da tətbiq edildi. Həmin gün Mannheym şəhərini bombalayan 272 təyyarədən 9-u (3,3%) vuruldu ki, bu da çox aşağı göstərici idi.
Sistem daha sonra bir qədər də təkmilləşdirildi. İndi almanların istifadə etdiyi tezliyi yerdəki stansiyada tuturdular və təyyarədəkilərə xəbər verirdilər. Beləcə, radistlərin işi xeyli asanlaşdı. Bu əməliyyata “Special Tinsel” adı verildi.
Almanlar da əks-tədbirlər görürdülər. Məsələn, 28-42 MHs tezlik diapozonunda işləməyə başladılar. Tinsel sistemi bu tezliyə təsir etmirdi.
“Korona” əməliyyatı da ingilislərin radioelektron mübarizə taktikalarından biri idi. Bu əməliyyat üçün alman dilini gözəl bilən, daha yaxşısı, alman dili doğma dili olan adamlar seçildi. Onların əksəriyyəti Almaniyadan qaçan yəhudilər idilər. Məqsəd almanların tezliyinə müdaxilə edərək yalançı göstərişlər vermək idi.
Əməliyyata 1943-cü il oktyabrın 22-dən 23-ə keçən gecə başlandı. İlk cəhd uğurlu olmadı. Kassel şəhərini bombalayan britaniyalılar təyyarələrin 6,9 faizini itirdilər. Amma operatorlar get-gedə daha uğurlu oldular. Onlar alman pilotlara səhv koordinatlar ötürür, Britaniya təyyarələrinin geri qayıtdığını xəbər verir, aerodromları duman ortdüyündən tələsik yerə enmələrini deyir və qırıcıları çaş-baş salırdılar.
Almanlar öz operatorlarını qadınlara dəyişməyi qərara aldılar ki, pilotlar yalnız qadın səsi ilə deyilənlərə qulaq assınlar. Amma ingilislər üçün almanca sərbəst danışan qadınlar tapmaq da çətin olmadı. Britaniyalılar bəzən efirə müxtəlif mətnlər verməklə sadəcə pilotların zəhləsini tökməyə çalışırdılar. Belə zəhlətökən mətnlərdən biri də Hitlerin çıxışları idi.
“Korona” əməliyyatı taktikasından Avropada müharibə bitənə qədər istifadə olundu.