

Sevinclə kədərin, həyatla ölümün vəhdətini göstərən rəsm
İsti rəng çalarlarından doğan ilıq düşüncələr və qaynar duyğular
Rəssam Hafiz Kərimovun yaradıcılığı haqqında düşüncələr
Kompozisiyalarında sirli bir sis, mistik bir duman olan rəssam
Aprel döyüşlərinin qəhrəmanının barmaq izlərindən reportaj
Yarat Təhsil Salam Yusrinin ustad dərslərin yekun tamaşasını təqdim edir
70-dən çox əsər nümayiş olunur
Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib
Rəssamın qızının atasının ölümü ilə bağlı şübhələri var
«Art Villa» qalereyasındakı tədbir nəticəsi xarakterini daşıyır
Yarat! Azərbaycan və qonşu ölkələrin dizaynerlərini Venessiyaya topladı
“Blink-182” qrupunun solisti Mark Hoppus Londonda keçirilən hərracda Banksy imzalı tablonu 5,2 milyon avroya (9.39 milyon manat) satıb.
Britaniyalı qraffiti rəssamı Benksi mərhum Şotland rəssamı Cek Vettrianonun 1992-ci ildə çəkilmiş “Oxuyan Uşak” tablosundan ilhamlanaraq “Xam neft (Vettriano)” tablosunu 2005-ci ildə yaratmışdı.
Orijinal rəsm İngiltərədə son dərəcə məşhur idi və ölkədə ən çox satılan çap oldu.
Bu populyarlıq sayəsində “The Singing Butler” əsəri 2004-cü ildə hərracda 744.500 funt sterlinqə (1,6 milyon avro) satılaraq Şotlandiyada rəsm rekordunu qırdı.
Benksi Vettrianonun işindən ilhamlanaraq “Xam neft (Vettriano)” adlı rəsmində sol tərəfində çətir olan qulluqçunu çıxarıb və yerinə sarı qoruyucu kostyumlu iki nəfəri qoyub. Bu insanlar zəhərli tullantıları xam neftlə dolu dənizə atırdılar.
“Ətraf mühitə əsl ziyanı qraffiti sənətçiləri və sərxoş yeniyetmələr deyil, böyük korporasiyalar vurur. Divarlarına qızıl çərçivəli mənzərələr asan və bizə necə davranacağımızı öyrətməyə çalışan məhz o insanlardır”, – Benksi 2005-ci ildə deyib.
“Blink-182” qrupunun solisti və basçısı Mark Hoppus 2011-ci ildə “Crude Oil (Vettriano)” adlı əsəri satın alıb. Bu həftə o, həmin əsəri “Sotheby's Modern & Contemporary” hərracında satışa çıxarıb.
“Xam Neft (Vettriano)”un 4 milyon ilə 6 milyon avro arasında satılacağı gözlənilirdi. Günün sonunda 5,2 milyon avroya yeni sahibini tapıb.
“Biz bu tablonu gördüyümüz andan sevdik”, – deyə Hoppus bildirib.
“Bu rəsm bizim üçün çox məna kəsb edirdi və həyatımızın inanılmaz bir hissəsi idi və indi mən onun bütün dünyada mümkün qədər çox insan tərəfindən görüləcəyi üçün həyəcanlıyam”.