

Qabriel Qarsia Markes gələcək həyat yoldaşı ilə 13 yaşındaykən rəqs meydançasında tanış olur və dərhal ona evlənmək təklif edir.
“İndi anladım ki, yazdığım bütün şeirlər sənə həsr olunub. Mənim arvadım ol!” – içkinin təsiri ilə cəsarətə gələn gənc Qabriel rəqs meydançasındakı Mersedesə səslənir.
“Razıyam. Amma bir şərtlə, gərək məktəbi bitirəm”, – qız ciddiyyətlə cavab verir.
Toy üçün isə, nə az, nə çox, düz 13 il gözləməli olurlar.
“Biz heç vaxt rəsmi şəkildə nişanlanmadıq, sadəcə qismətimizə düşəni səbirlə gözlədik”, – deyə, Markes çox sonralar xatırlayırdı.
Markes “Yüz ilin tənhalığı” romanı üzərində işləyərkən Mersedes daim yazıçının yanında olur və onun dahiliyinə heç vaxt şübhə etmir. İki illik gərgin zəhmətdən sonra, yəni roman artıq bitərkən məlum olur ki, Markesin onu redaktora göndərməyə bir qəpiyi də yoxdur. Beləcə, Mersedes cehizindən qalan son əşyaları – fen və mikseri satmağa məcbur qalır və əsər lazımi ünvana göndərilir.
Az sonra roman yazıçıya böyük qonorar, dünya şöhrəti və Nobel mükafatı gətirir.