

ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
Ukrayna ilə mədən sazişini dayandıran ABŞ Afrika ölkəsinə üz tutur
Avropanın silah idxalı son dörd ildə əhəmiyyətli dərəcədə artıb
ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin qarşısına çıxıb. Gündəmlə bağlı açıqlamalar verən Tramp, "Növbəti danışacağınız məsələ İran olacaq. İranla bağlı yaxın zamanda baş verəcək bəzi şeyləri eşidəcəksiniz. İranla son anlara gəldik. Qarşıda bizi maraqlı günlər gözləyir. Onların nüvə silahı ola bilməz. Nə olacağını görəcəyik. İnşallah sülh razılaşması əldə edə bilərik”, – deyib.
Tramp nüvə məsələsi ilə bağlı İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərdiyini deyib. İran rəsmiləri məktubun hələ onlara çatmadığını bildiriblər.
İranın xarici işlər naziri Abbas Araqçı Donald Tramp administrasiyasının həyata keçirdiyi maksimum təzyiq siyasətinə işarə edərək, təzyiq altında danışıqlar aparmayacaqlarını bəyan edib.
***
Tramp İranla yanaşı Ukrayna məsələsi ilə bağlı da açıqlamalar verib. Ukrayna ilə danışıqların daha çətin olduğunu deyən Tramp Rusiyanın bu mövzuda daha asan ola biləcəyini, eyni zamanda Rusiyanın Ukraynaya hücumlarını xatırladıb.
"Mən Putinə güvənirəm. Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Amma hazırda Ukraynanı bombalayırlar. Açığı, Ukrayna ilə bağlı çətin günlərdəyəm”, – Tramp deyib.