
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Katın qətliamlarının 85-ci ildönümüdür
Kiminsə kölgəsinə sığınmaq birtərəfli asılılıq yaradır, milli kimlik itir
Polisi Heminquey oxuyan yeganə ölkə
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
... Yaxud zamanı qabaqlayan yazıçı
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
Dünyadakı vəziyyət 1930-cu illəri xatırladır ...
Sovet-alman müharibəsinin ən böyük döyüşləri deyəndə ağla, ilk növbədə, Stalinqrad, Moskva, Berlin döyüşləri gəlir. Dnepr uğrunda döyüş isə sanki bir qədər kölgədə qalır. Halbuki hərb tarixinin ən böyük döyüşlərindən biridir.
Hər iki tərəfdən 4 milyona yaxın (SSRİ 2,65 milyon, Almaniya 1,24) canlı qüvvənin iştirak etdiyi və dörd ay sürən Dnepr uğrunda döyüş 750 km uzunluqda cəbhə boyu davam edib. Bu döyüşə görə 2438 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb ki, nə əvvəl, nə sonra heç bir döyüşə görə bu qədər fəxri ad verilməyib.
Kursk döyüşündə məğlub olan Almaniya strateji müdafiəyə keçməli oldu. Dnepr sovet ərazisində ən böyük təbii maneə sayılırdı və Hitler burada ciddi müqavimət göstərməklə düşməni xeyli ləngitməyi düşünürdü. Stalin isə solsahil Ukraynasını azad edərək kömür və digər faydalı qazıntı mədənlərini qaytarmağa çalışırdı.
Dnepri keçməyin çətinliyi təkcə eninə görə deyil, həm də qərb sahilinin hündürdə yerləşməsinə görədir. Üstəlik, almanlar burada müxtəlif müdafiə istehkamları inşa etmişdilər.
1943-cü il avqustun 26-da başlayan Dnepr döyüşü bir neçə strateji əməliyyatdan ibarətdir. Çerniqov-Pripyat əməliyyatı ilə başladı. Çayın özünü keçməyə sentyabrın ikinci yarısında başladılar. Həmişə olduğu kimi, sovet tərəfi əməliyyatı insan itikiləri ilə hesablaşmadan keçirdi. Artilleriya, aviasiya və odlu silah atəşi altında çayı keçməyə çalışan sovet əsgərləri Qərb sahilində ilk platsdarmı sentyabrın 22-də əldə etdilər.
Sentyabrın 24-də sovet aviasiyası Dnepr hava-desant əməliyyatına başladı. Amma bu əməliyyat tam iflasla nəticələndi. Desantın bir hissəsi şərq sahilinə, sovet ordusu mövqelərinə atıldı. Bir təyyarədən atılan desant düz çaya düşdü və hamı boğuldu. Qərb sahilinə atılan desant da geniş əraziyə səpələndi. Çox hissəsi almanlar tərəfindən ləğv edildi, az hissəsi partizanlara qoşula bildi. Əvvəllər də uğursuz desant əməliyyatı keçirən sovet komandanlığı bundan sonra desantdan imtina etdi.
Sentyabrın sonlarında sovet qoşunları ağır itkilər hesabına qərb sahilində 23 platsdarm əldə etdilər. Bu platsdarmlar almanların şiddətli hücumlarına məruz qaldılar. Bütün oktyabr boyu davam edən qanlı döyüşlərdən sonra qırmızı ordu qərb sahilində qəti olaraq möhkəmləndi.
Kiyevi azad etmək üçün oktyabrda göstərilən iki cəhd uğursuz oldu. Yalnız üçüncü cəhddə, noyabrın 6-da Kiyev alındı. Almanların şəhəri geri qaytarmaq məqsədilə başladıqları hücumla sovet tərəfi müdafiəyə keçdi. Alman hücumunun dəf edilməsi ilə 1943-cü il dekabrın 23-də Dnepr döyüşü sona çatdı.
Dnepr döyüşündə sovet tərəfi 417 min ölü, 1,2 milyon sanitar itkilər verdi. 2438 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verildi ki, bu da o vaxta qədər bu ada layiq görülənlərin cəmindən çox idi. Halbuki müharibənin 2,5 ili, Moskva, Stalinqrad, Kursk və başqa döyüşlər arxada qalmışdı.