
Səfir nazirliyə çağırıldı
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Stalin-Hiter sazişi kimi düşmüş anlaşmadan 86 il ötür
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Tarixi faktlar və ideoloji əsaslar
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
Oleq Qordiyevski 1938-ci ildə Moskvada dünyaya gəlib. Atası xüsusi xidmət (NKVD) podpolkovniki olub. Oleq 1962-ci ildə Moskva Beynəlxalq münasibətlər institutunu bitirib və elə həmin il Dövlət Təhlükəsizlik Komitəsində (KQB) işləməyə başlayıb.
İlk dəfə 1966-cı ildə xaricə göndərilən Oleq 1970-ci ilə qədər SSRİ-nin Danimarkadakı səfirliyinin əməkdaşı pərdəsi altında kəşfiyyatla məşğul olub. Dediyinə görə, sovet hökumətinin siyasətindən hələ 1956-cı ildə, Stalin cinayətləri haqda Xruşşovun məruzəsindən sonra yaranan məyusluğu 1968-ci ildə Çexoslovakiyaya müdaxilədən sonra qəti şəkil alıb.
1970-1972-ci illərdə Moskvada işləyən Qordiyevski 1972-1978-ci illərdə yenidən Danimarkada fəaliyyət göstərir. 1978-1982-ci illərdə yenə Moskvada, KQB Birinci baş idarəsində çalışır. 1982-ci ildə isə SSRİ-nin London səfirliyinin müşaviri adı altında KQB-nin buradakı rezidenturasına təyinat alır.
Oleq Qordiyevski hələ 1974-cü ildə, Danimarkada işləyən zaman Britaniyanın xarici kəşfiyyat idarəsi (MI6) ilə əməkdaşlığa başlayır və onlara qiymətli məlumatlar ötürür. Londona təyinat alandan sonra MI6 onun karyera yüksəlişinə yardım etməyə başlayır. Bir yandan Britaniyanın təhlükəsizliyinə ciddi zərər vurmayacaq məlumatlarla bol təmin edir, digər tərəfdən, London rezidenturasında ondan üstdə duranları bir bəhanə ilə “persona non qrata” elan edib ölkədən çıxarır. Nəhayət, 1985-ci ilin aprelində polkovnik Qordiyevski London rezidenturasının rəhbəri səlahiyyətlərini icraçısı olur.
Amma bu vəziyyət uzun sürmür. MKİ əməkdaşı Oldriç Eymsin sovet tərəfinə ötürdüyü məlumatlar KQB-də Qordiyevski ilə bağlı şübhələr oyadır və o, 1985-ci ilin mayında rezidenturanın rəsmən rəhbəri təyinatını almaq bəhanəsi ilə Moskvaya çağırılır.
KQB-də yalnız şübhələr vardı, faktlar yox idi. Buna görə də Qordiyevski həbs olunmur, nəzarət altında sorğu-suala çəkilir. Həmin sorğu-sual yağışından quru çıxsa da, anlayır ki, ifşa olunması zaman məsələsidir. Belə hal üçün isə MI6 hələ 1978-ci ildə, Qordiyevski Danimarkadan Moskvaya qayıdan zaman xüsusi qaçış planı hazırlamışdı.
Nəzarət altında olmasına baxmayaraq, polkovnik iyulun 19-da Britaniya kəşfiyyatına qaçış planını işə salınması barədə məlumat ötürə bilir. Ertəsi gün Qordiyevski səhər qaçışına çıxır. Bunu həmişə etdiyi üçün nəzarətçilər barmaqarası baxırlar. Oleq isə qatara oturaraq Leninqrada, sonra da Vıborqa getdi. Burada onu ingilislər gözləyirdi. Britaniya səfirliyinin “Ford Sierra” avtomobilinin baqajına uzanan Qordiyevskini Finlandiya sərhədini keçirib Londona apardılar.
Həmin vaxt Qordiyevskinin arvadı Leyla uşaqları ilə birlikdə vətənində, Azərbaycanda idi. KQB xeyli soru-suala tutsa da Leylanın ərinin xəyanətindən xəbəri olmadığı üzə çıxdı. Qordiyevski qiyabi şəkildə ölümə məhkum edildi. Hökm SSRİ çökəndən sonra da ləğv edilməyib.
Tarixçi, ingilis xüsusi xidmət orqanları üzrə mütəxəssis Kristof Endrü Qordiyevskini Oleq Penkovskidən sonra “Britaniyanın SSRİ-də ən böyük agenti” hesab edir.
Oktyabrda 87 yaşı olacaq Oleq Qordiyevski Londonda mühafizə altında yaşayır. Sergey Skripal və qızının Solsberidə zəhərlənməsindən sonra mühafizəsi gücləndirilib.