vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
08:11 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 41 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yağış suyu içib, tısbağa yeyib

Okeanda itən balıqçı 95 gün sonra tapıldı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Sakit Okean sahillərində itkin düşən Perulu balıqçı Maksimo Napa Kastro 95 gün dənizdə qaldıqdan sonra sağ tapılıb. Yaşadıqlarını göz yaşları içində izah edən balıqçı, qayığında yığılan yağış suyunu içərək, tısbağa, quş, böcək kimi canlıları yeyərək sağ qaldığını bildirib.

Yerli mətbuatın verdiyi məlumata görə, 2024-cü il dekabrın 7-də Perunun cənubundakı Markona sahillərində balıq tutmaq üçün yola çıxdıqdan sonra ondan xəbər alınmayan 61 yaşlı Maksimo Napa Kastro adlı balıqçı Sakit Okeanda balıq tutmağa getdikdən 95 gün sonra sağ-salamat tapılıb, sonra isə pis hava şəraiti üzündən istiqaməti itirib.

Axtarış-xilasetmə qrupları tərəfindən 3 aydır təqib edilən Kastro Ekvadorlu balıqçılar tərəfindən xilas edilib.

***

95 gün ərzində yaşadıqlarını göz yaşları içində izah edən balıqçı, qayığında toplanan yağış suyunu içərək, tısbağa, quş, böcək kimi canlıları yeyərək sağ qaldığını bildirib.

Balıqçı həyatdan möhkəm yapışmaq üçün tez-tez ailəsi haqqında düşündüyünü deyib: “Bir neçə aylıq nəvəm var idi, onun üçün yaşadım”.