
“Edam otağı”
Xankəndinin mərkəzindən tükürpədən görüntülər
Xankəndinin mərkəzindən tükürpədən görüntülər
Okeanda itən balıqçı 95 gün sonra tapıldı
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalının qarları hələ də qırmızıdır
Xocalı soyqırımının tanınması üçün neçə il lazımdır?
Azərbaycan Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımasını istəyib
2 il əvvəl düşmən tapdağından azad olunan yurdumuz
Qoca, qadın və uşaqlardan ibarət 56 nəfərin qətlə yetirilməsindən 25 il ötür
... Yaxud milyonlarla qurbanının son dayanacağı – Auşvits
Konkistador qırğınlarına işarə edən etirazçılar Pizarronu qatil hesab edir
XİN xalqın iradəsinə hörmət edilməsini istəyib
Peru parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ müzakirəyə çıxarılıb və qərar qəbul olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qərarda qeyd edilir ki, 1987-ci ilin sonlarında Ermənistan-Azərbaycan münaqişəsinin son mərhələsi başlayıb və ermənilər tərəfindən Xankəndindəki azərbaycanlı əhaliyə qarşı hücumlarla daha da kəskinləşib.
1988 və 1989-cu illərdə ermənilərin hücumlarının sayının artması və sonrakı illərdə keçmiş SSRİ-də siyasi stabilliyin olmaması yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə gətirib çıxarıb. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam baş verib. Qətliam nəticəsində qadın və uşaqların da daxil olduğu 613 insan öldürülüb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 76-sı azyaşlı olmaqla 487 nəfər əlil edilib, 26 uşağın hər iki, 130 uşağın isə ən azı bir valideyni qətlə yetirilib. Soyqırım kimi qiymətləndirilən və tam şəkildə sənədləşdirilmiş bu hücumun ardınca Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Qərarda daha sonra BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyi vurğulanır və qətnamələrdən ətraflı söz açılır. Qeyd edilir ki, bu qətnamələrlə BMT-nin Təhlükəsizlik Şurası suverenliyə hörmət, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin pozulmazlığı prinsiplərini bir daha təsdiq edib. Qəbul olunmuş qərarda münaqişə nəticəsində Azərbaycan Respublikasına on milyardlarla dollar ziyanın dəyməsi də öz əksini tapıb. Sənəddə göstərilir ki, ATƏT-in Budapeşt Zirvə toplantısının qərarına əsasın 12 may 1994-cü il tarixdə atəşkəs elan edilsə də, atəşkəsin pozulma halları davam etməkdədir və belə hallar 2003-cü ildən bəri daha da intensivləşib. Qərarın sonunda Peru Konqresinin Xarici Məsələlər Komissiyası Konqresin Plenar İclasına aşağıdakıları təklif edir: