vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
09:11 | 13 may 2014 | Çərşənbə axşamı Məqaləyə 1384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəhənnəm istiləri başladı

Temperatur bu gün 34 dərəcə olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, axşama doğru arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-21, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Mayın 13-14-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi,14-də hava şəraitinin küləkli keçməsi bəzi meteohəssas insalarda narahatlıq hissi yarada bilər. Bununla yanaşı komfort temperatur rejimi müsbət amildir.