Qaz istismar sahələri ləğv edildi
ARDNŞ-də kütləvi ixtisarlar olacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müftə benzin verəndə yaxşı idi?
SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
-
“Şahdəniz”in sirlər xəzinəsi...
BP və SOCAR qiymətləndirmə aparacaq
-
Azərbaycanın Rusiya ilə qaz mübadiləsi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
Azərbaycanda qaz hasilatı artıb
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
-
Qazancın yarıdan çoxu İsveçrədən gəlib
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
-
SOCAR-ın daxili borclanması artır
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
-
Azərbaycanın strateji tərəfdaş olan ilk Aİ üzvü
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
-
“Artan tələbatı ödəmək imkanımız var”
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
-
“SOCAR Petroleum” cərimələndi
27 412 962 manat
-
İslahatlara ehtiyac var
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
-
Rövnəq Abdullayev neftdən uzaqlaşdırıldı
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
-
700 neftçi təxliyə edilib
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
-
SOCAR Neft Fondunu necə “sökür”?
-
SOCAR zavod alır?
“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır”
-
Rəsmi Tiflis işğalla barışmağa hazırdır
Rusiyaya da elə bu lazımdır
Dövlət Neft Şirkətində aparılan struktur islahatları «Azəriqaz» İstehsalat Birliyində davam etdirilir. Artıq Bakı qaz istismar və satış idarəsinin yeni strukturu təsdiq olunub. Həmin sənədə əsasən, rayon qaz istismar sahələrinin statusları kiçildilərək rayon texniki istismar xidməti olub. Bundan sonra Bakı şəhəri üzrə cəmi bir qaz idarəsi və 12 rayon texniki istismar xidməti fəaliyyət göstərəcək. İslahat rayon qaz istismar sahələri rəisləri və xidmət rəislərindən də yan keçməyəcək. Onların vəzifələri bir pillə aşağı salınacaq. Bu halda mühəndis və texniki işçilərin işlərini itirmə təhlükəsi qaçılmazdır.
Qadınlar prezidentə müraciət etdi
İslahatlarla bağlı artıq Nəsimi rayonu Qaz İstismarı Sahəsinin (QİS) işçilərinə hələ mart ayından bildirişlər paylanılıb. Bundan narazılıq edən QİS-in Qaz kəmərləri və avadanlıqları istismarı, qəza dispetçer xidmətinin qadın işçiləri ölkə başçısına, aidiyyəti dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə müraciət ediblər:
«Biz Nəsimi rayonu QİS-in Qaz kəmərləri və avadanlıqları istismarı, qəza dispetçer xidmətinin qadın işçiləri uzun müddətdir ki, bu sahədə işləyirik. 27.03.2014 il tarixində bizə «Azəriqaz»ın 192 saylı əmrinə əsasən ixtisara düşdüyümüz barədə bildirişlər paylandı. Bu bildirişə əsəsən, 27.05.2014 tarixində bizim son iş günümüzdür. Bildirişlə bağlı QİS-in rəhbərliyinə etdiyimiz müraciətə cavab olaraq bizə bildirdilər ki, bu sahə ümumən ləğv olunur. Qeyd olundu ki, bu qərar ARDNŞ tərəfindən qəbul olunub və İdarə rəhbərliyi bu işdə çarəsizdir».
İki yoldan birini seçin!
Səidə Əliyeva, Dilarə Agamalıyeva, Rəsmiyyə Saatova, Ulduz Yusifova, Mirqönçə Zeynalova, Lalə Əliyeva, Sevil Cəfərova, Reyhanə Məmmədova, Şövkət Əliyeva, Narxanım Şıxzadə öz müraciətlərində bildiriblər ki, işdən çıxmaqla bağlı onlara iki variant təklif edilib:
«Ya gərək öz xahişimizlə işdən çıxmağımız barədə ərizə yazıb əmək haqqının 5 mislini alaraq işdən çıxaq, ya da imtina etməliyik. O halda isə bizə veriləsi işin olmadığından, bu dəfə əmək haqqının 3 misli ilə işdən uzaqlaşdırılacağımızı bildirirlər. Bu təklifin nə qədər qanuni olduğunu bilmək istəyirik».
Qadınlar qaz istismarı sahələrinin bugünkü durumuna toxunaraq, həmin idarələrin ləğv edilməsinin ciddi fəsadlar törədəcəyini vurğulayıblar:
«Bakının mərkəzində hələ də qaz xətlərinin çoxunun yer altında olduğunu nəzərə alsaq, bu xətlərin baxımsız qalmasının sabah hansı fəlakətlər gətirəcəyini təsəvvür edə bilərsiz».
«Hələlik işdən çıxarılan yoxdur»
Qeyd edək ki, müraciət edənlərin arasında ailə başçısını itirən və öhdəsində həddi-buluğa çatmamış, azyaşlı və pensiya yaşına az qalmış qadınlar var. Əmək haqlarının 250-300 manat civarında olduğunu deyən qadınlar bildiriş paylanandan bu günə qədər iş axtarsalar da, bunun nəticəsiz qaldığını bildiriblər.
Məsələyə aydınlıq gətirmək üçün Nəsimi rayonu QİS-in Qaz kəmərləri və avadanlıqları istismarı, qəza dispetçer xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşları ixtisarla bağlı yeniliyin olmadığını, hələlik heç kimin işdən çıxarılmadığını bildirdilər.
Xatırladaq ki, külli miqdarda itki ilə bağlı Hesablama Palatasının «Azəriqaz»da yoxlamalara başladığı barədə bir müddət öncə «Axar.az» olaraq məlumat vermişdik. «Azəriqaz»ın layihə institutunun büroya çevrildiyi və işçilərin ixtisara salındığı, həmçinin digər struktur islahatları aparılacağı rəsmən təsdiqlənmişdi.