«Bunlar nə içirlər, nə çəkirlər?...»
«Qrantz kəsilməsin deyə Erkini də təşkilatdan «uzaqlaşdıran» ...»
teleqraf.com
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şəffaflıq istəmirdiniz?
Bu mənzərə dünyanın bir çox sivil ölkələrində var
-
“Gözləmirdik …”
Natiq Cəfərli: “Amma ümidimiz var idi”
-
Dünya Bankı neft-qaz layihələrinə kredit ayırmayacaq
«Bu, dünyanın alternativ enerji mənbələrindən istifadəyə və daha təmiz bir ekologiyaya qovuşması üçün atılan addımlardan biridir»
-
Dünya bazarlarında qızıl bahalaşır
Azərbaycanı nə gözləyir?
-
İdxalda Rusiyadan asılılıq
«Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi sürətləndirilməlidir»
-
«İstefaya göndərilməyimin səbəbi...»
Ançelotti: «... Millidə işləməyi düşünə bilərəm»
-
Valyutanı necə dəyişək?
Azərbaycana gələn turistlərin üzləşdiyi ən böyük çətinlik
-
Rusiyada iş istəyənlər hazırlaşın!
2017-ci ildə azərbaycanlıların şimala axını sürətlənəcək
-
4 günlük müharibə və Rusiyanın 4 şərti
Avrasiya İttifaqına üzv və KTMT-yə qoşmaq, Qarabağa sülhməramlı - sərhədlərə nəzarət və Xəzərə kənar qüvvələri buraxmamaq
-
FİFA-dan güzəşt
«Real» və «Atletiko»ya rahat nəfəs ala bilər
-
20 bank bağlana bilər
«Vətəndaş depozitlərini mütləq sığortalamalıdır»
-
Rodrigesin seçimi
Kolumbiyalı Braziliyada başlatdığı fırtınanı İspaniyaya daşımaq istəyir
-
««Soros»un ucbatından ABŞ-a gedə bilmədik»
«Vətəndaş cəmiyyəti kasıbdır»
-
««ReAl»la əlaqəli olmayan…»
Hərəkat rəsmisi Erkin Qədirliyə qoyulan embarqonun şərtlərini açıqladı
-
«Əl-qolum bağlanacaq»
«İnandırım ki, daha sərt təkliflər vardı»
-
ReAl-da «zəlzələ»
Erkin Qədirli hərəkatın rəhbərliyindən uzaqlaşdırıldı
Tanınmış bloqqer Əli Novruzov «Facebook» səhifəsində bu dəfə «REAL»ın keçmiş Məclis başqanı Erkin Qədirliyə deyil, birbaşa «REAL»ın üzərinə hücuma keçib. Onun sözlərinə görə, «REAL»çılar onun ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nulanda Erkin Qədirlidən şikayət etdiyini iddia edirlər.
- «REAL»çıların növbəti
sarsaqlamalarından. İndi də deyirlər ki, Viktoriya Nulanda Erkindən şikayət
etmişəm. O boyda Viktoriya Nulanda ha. Nə yaxşı, Obama ilə telefon
danışıqlarımın səs yazısı bunların əlinə keçməyib, biabır olardım. Ümumiyyətlə,
Emin Milli demiş, bunlar nə içirlər, nə çəkirlər ki, bunlarda belə dərin
fantaziyalar yaranır, şedevr quşlar buraxırlar, - deyə o, qeyd edib.
Ə.Novruzovun bu fikirlərinə REAL-ın
icraçı katibi Natiq Cəfərli reaksiya verib. N.Cəfərli bloggeri »bazar adamı»
olmaqda suçlayıb: «Əli, tərbiyən olsun, ağ elədin lap. Yenə cığal uşaqlar kimi
ümumi danışma, ad çək, konkret ol. Lap bazar adamına dönmüsən, deyəsən. Özün
haqqında çox pis yüksək fikrə düşmüsən».
Ə.Novruzov N.Cəfərlinin sözlərinə
hiddətlənib və yenidən E.Qədirli ilə mübahisələrini xatırladıb:
«Tərbiyəsizlərin kim olduğu çox aydın görünür, elə REAL-ın banneri altında
camaata «düşük» deyən məclis başqanınız, eləcə də orda-burada haqqımda uydurma
şayiə buraxıb iftira atan, bütün günü nifrət şərhləri yazan «Real»çılar. Çox
təəssüf ki, sizin əsl simanızı çox gec tanımışam, çox təəssüf».
Bloggerin bu sözlərindən sonra N.Cəfərli
onun yazdıqlarını »tərbiyəsizlik» adlandırıb və üzr istəməyə çağırıb: «Yazdığın
status tərbiyəsizlikdir, səviyyəsizlikdir. Kimdən nə sifariş alırsan bilmirəm,
bunu sübut edə bilmərəm, amma tərbiyəli, mədəni yazmaq qabiliyyətin olsun,
sənin yüzlərlə insanı ümumiləşdirib yazmağın tərbiyəsizlikdir. Yaz sübut et, ad
çək, ya da üzr istə. Səni debata da çağırdım, gəlmədin, indi nə uydurursan sən?
Erkin dediklərinin cəzasını aldı, ölkəyə yeni siyasi mədəniyyət gətirdik, amma
elə bilmə ki, bu, sənin kimi mədəniyyətsizə görədir».
Ə.Novruzov «REAL»çı Zöhrab İsmayılın
«Facebook»dakı yazışmasından sitat gətirib: «Deyəsən, yenə qurdunuz qaynayır,
növbəti iynənin vaxtı çatıb. Nə edim daha, mən kifayət qədər atəşkəsi gözləməyə
çalışdım, amma alınmadı».
Blogger, Z.İsmayılın statusların birində
onu Nulad, NED və Amerikanın digər qurumlarına email yazmaqda suçlayan şərhinin
skrinşotunu yerləşdirib. Z.İsmayıl iddia edib ki, Ə.Novruzovun Amerikada
şikayət etmədiyi yer qalmayıb.
Ə.Novruzov N.Cəfərlinin REAL-a qarşı
kimdənsə sifariş aldığı barədə dediklərinə də cavab verib: «Kimdən sifariş
alıram? Bu sarsaqlama deyil? Ümumiyyətlə, bu nə plintusdan aşağı arqumentdir?
Sizi tənqid edən harasa işləyir? Kimə işləyir, bəlkə maarifləndirəsən, gedib
tapım müdirimi?»
N.Cəfərli Z.İsmayılın Ə.Novruzovun
«public» statusda Amerikaya şikayət etdiyi barədə ittihamını sübut kimi qəbul
etmədiyini söyləyib: «Bu sübutdur? «Public» olan söhbəti, bir nəfərin yazdığını
sübut kimi yozursan? Dalınca danışıb? Üzünə deyib, sən də de ki, yalandır.
Bunun yazdığın statusa, REAL-çılara nə dəxli var axı? Sən adekvat deyilsən,
dost. Fakt belə olmur, fakt haqqında da səhv təsəvvürün var sənin. Əli, sən
«medsestra» deyilsən ki, iynə vurasan, bir az qazını al, yaxşı? Sən girən kol
deyil».
Digər «Facebook» istifadəçiləri hər iki
tərəfə müraciət edərək bu mübahisəyə son qoymalarını təklif ediblər: «Bezdik
sizin dəxlisiz davalarınızdan, nəyi bölə bilmirsiniz?»
Ə.Novruzov REAL-ın taleyinin ABŞ
səfirliyindən asılı olduğunu iddia edib: «Natiq, bir dəfə də yazdın ki, sən
girən kol deyil, sonra da zəng edib bir saat yalvarmısan telefonda, REAL mənim
uşağımdır, beş ildir dişimlə dırnağımla qururam, niyə belə edirsən. Çox ikiüzlü
insanlarsınız, publikaya ayrı şey oynayırsınız, sonra da gedib səfirliklərdə
dil tökürsünüz. Ümumiyyətlə, bir təşkilatın ki, taleyi ABŞ səfirliyinin bir
rəyindən asılıdır, o təşkilata quş. Gedib səfirliklərdə deyirsiniz ki, Erkin
filosofdur da, onu başa düşün».
N.Cəfərli bloggerin dediklərinə belə
reaksiya verib: «Əli, mən sənə yalvarmışam? Sən əsl ləçər kimi məni
provokasiyaya çəkmək istəyirsən. Səninlə danışanda yanımda 4 nəfər var idi,
sənə bir az hörmət etdim, anlamadın. »Sarsaqlamaq» sözünü yazan tərbiyəsiz
adamdır. Bir az özünə güvənin olsa, debata gələrdin, səndən rica etdim ki,
debata gələsən, buna yalvarmaq deyən adam, artıq adam deyil mənim üçün. Uğurlar
sənə!»
Ə.Novruzov isə belə yazıb: «REAL öz
tərbiyəsini yavaş-yavaş, göstərir, sonra da camaata tərbiyəsiz deyir. Buyurun,
yoldaşlar, bu status və şərhlər qoy açıq qalsın ictimaiyyətə, xalq
qəhrəmanlarını tanısın».
N.Cəfərli qeyd edib ki, REAL-ın son
qərarı ilə Ə.Novruzovun fikirlərinin dəyişəcəyini güman edib: «Ağzına gələni
danışma, yalan söz danışma. Sənin kimi dayaz birinə görə addım atılsaydı, həmən
olardı. Mənə dedilər ki, son qərarımızdan sonra Əli özündən bədgüman hala
düşəcək, inanmadım, dedim ki, o, oxumuş adamdır. İndi görürəm ki, hər oxuyan
Molla ola bilər, amma Pənah yox».
Ə.Novruzov E.Qədirlinin səfirliklərdən
qrant kəsilməsin deyə uzaqlaşdırıldığını iddia edib: «Natiq, hər halda
səfirlikləri qapı-qapı gəzib dil tökən də mən deyiləm, qrant kranınızın suyu
kəsilməsin deyə Erkini də təşkilatdan «uzaqlaşdıran» mən deyiləm. Kor-kor,
gör-gör. Məhəlllə jarqonunda danışıb lotuluq edəsən, sonra da telefonla zəng edib
bir saat yalvarasan ki, REAL mənim balamdır, beş ildir dişimlə, dırnağımla
böyütmüşəm, niyə belə edirsən. Səfirlikləri də siz yaxşı bilərsiniz, mənim
səfirlikdə nə işim var? Mənim bir arzum, şikayətim olanda, birbaşa Nulanda
yazıram, həll edir, sağ olsun».
Bu arada Zöhrab İsmayıl müdaxilə edib:
«Əli, sən heç kimsən, heç bir bacarığın və nailiyyətin də yoxdur. Bunu hamıdan
yaxşı mən bilirəm! Sən yalnız belə cılız-mılız şeylərlə ortalıqda qalmaq
istəyirsən».
Ə.Novruzov isə ona belə cavab verib:
«Donos? Nə donos? Viktoriya Nulanda? Zöhrab, donos yazanlar oturub öz
təşkilatınızın içində, camaata şər-iftira atırsan». N.Cəfərli sonuncu dəfə 4 ay
bundan qabaq səfirlikdə olduqlarını və İlqar Məmmədovla bağlı görüş
keçirdiklərini söyləyib: «Kimdir bizdə danos yazan? Ad çək, sübut elə. Ya da
şərəfsizlik eləmə. Sübut etsən, böyük bir hədiyyə qazanacaqsan məndən».
Bu mübahisəyə Xalid Bağırov da qoşulub: «Gecə saat 1-də gəlib açıram «Facebook»u və görürəm ki, məni kimsə sarsaq, ikiüzlü adlandırıb. Oturub düşünürəm ki, mən nə etmişəm ki, bu epitetlərə layiq olum. Yəqin mən və bir çox mənim kimi REAL dəyərlərini bölüşən şəxslərdən üzr istəmək cəsarəti olacaq bu status və şərhlərin sahibinin. Bu yazışmaları oxuyarkən məndə belə suallar yarandı. Əgər «REAL»çılar bir-bir səfirlik qapısı döyüb izahat verirsə, beynəlxalq təşkilatlardan qrantları kəsilirsə, o zaman kimdir xarici strukturlar qarşısında «REAL»çıları izahat vermək zorunda buraxan?»