vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PARTİYALAR  
12:49 | 13 may 2014 | Çərşənbə axşamı Məqaləyə 3447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ReAl-da «zəlzələ»

Erkin Qədirli hərəkatın rəhbərliyindən uzaqlaşdırıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Respublikaçı Alternativ (ReAl) Hərəkatının İdarə Heyətinin iclası keçirilib. İclasda partiyalaşmayla bağlı məsələlərlə yanaşı, ReAl Məclis Başkanı və İdarə Heyətinin üzvü, Erkin Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar müzakirə olunub.

Qeyd olunub ki, əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də, təklif edilib ki, Erkin Qədirli ReAl Hərəkatının Məclis Başkanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın. Bu təklif REAL Hərəkatının İdarə Heyətinin Sədri, İlqar Məmmədova da öncədən göndərilib.

İlqar Məmmədov həbsdə olduğundan, İdarə Heyətinin müzakirələrində və səsvermələrində iştirak edə bilmir. Amma bu məsələylə bağlı öz xüsusi rəyini İdarə Heyətinin üzvlərinə çatdırıb. İlqar Məmmədovun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərar qəbul edib. Erkin Qədirli Məclis Başqanı vəzifəsindən azad edilib. Lakin o, İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək, amma onun İdarə Heyətində səs vermək, eləcə də REAL Hərəkatının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılacaq.

Bəyanatda deyilir: «İdarə Heyəti REAL Hərəkatının ilk qurucularından olan Erkin Qədirliyə qarşı belə tədbirlərə əl atmaq məcburiyyətində olduğuna görə dərin təəssüfünü bildirir və xüsusilə vurğulayır ki, hərəkatın kollektiv kimliyinə, təməl prinsiplərinə və proqram sənədlərinə zidd hərəkətləri edən heç bir üzvünə güzəştə getməyəcək. REAL Hərəkatı demokratiya uğrunda çalışan və özündə demokratiyanı yaşadan siyasi təşkilatdır və şəxsi nüfuzundan asılı olmayaraq bütün üzvlərimiz demokratik dəyərlərə hörmət etməli və onlara sadiq qalmalıdır.

REAL Hərəkatı yarandığı ilk gündən ölkədə həqiqi Cümhuriyyətin bərpasına, insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin bərqərar olmasına, Avroatalntik məkanın bölüşdüyü fundamental bəşəri dəyərlərin cəmiyyətdə təbliğinə əzmlə çalışıb, fəaliyyətinin bütün istiqamətlərini məhz bu dəyərlər üzərində qurub. Hərəkatın rəsmi mövqeyini ifadə edən proqram sənədlərində bütün bu prinsiplər öz əksini hərtərəfli şəkildə tapıb. REAL Hərəkatı ilk gündən kollektiv kimlik, kollektiv idarəetmə prinsiplərini ölkə siyasətinə gətirməyə və bu qavramların siyasi dilə oturmasına çalışıb. Bir daha bəyan edirik ki, yalnız REAL İdarə Heyəti adından yayılan bəyanatlar, sənədlər, açıqlamalar Hərəkatımızın rəsmi mövqeyi sayılmalıdır».