vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
14:04 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1972 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

37 dərəcə

Temperatur hər keçən gün yüksəlir

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabah Azərbaycanın bəzi ərazilərdə havanın temperaturu 37 dərəcəyə yüksələcək. Vaxt.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, bəzi bölgələrdə havanın temperaturu 37 dərəcəyə yüksələcək.


 İyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Bakı və Abşeron yarımadasının çimərliklərində suyun temperaturu 22-24 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda günorta saatlarında temperaturun 35 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da bəzi meteo-həssas insanlar üçün əlverişsizdir.