Diş ağrısına son!
Tibdə möhtəşəm inqilab
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ağ dişlər heç də sağlamlıq əlaməti sayılmır
Hollivud təbəssümünə malik olmamaq sağlam olmayan dişlər mənasına gəlmir
-
Meyvə çayının dişlərə təsiri məlum oldu
Tərkibində turşu olan içkilər eroziya yarada bilər
-
Pendir yemək xeyirlidir, ya yox?
Artıq çəki istəməyənlərə məsləhət...
-
Yeni üsulla artıq çürük dişlər iti uclu alətlərlə yonulmayacaq, ağrısız müalicə ediləcək, növbəti müalicəyə uzun müddət ehtiyac olmayacaq. Aktual.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis elm adamlarının kəşf etdiyi yeni üsul diş ağrısından əziyyət çəkənləri və həkim qorxusu yaşayanları sevindirib.
Həmin metodun xüsusiyyətlərindən bəhs edən elm adamlarından biri - Nigel Pitts, mövcud müalicələrin ideal olmadığını, müalicə edilərkən, dişin oyulub doldurulduğunu, yeni üsulun isə dişə zərər vermədiyini ifadə edib.
Pitts, EARER adı verilən yeni üsulla dişdə kalsiumun miqdarının normal hala gətirilməsinin təmin edildiyini, dişin yonulmasına və doldurulmasına ehtiyac qalmadığını vurğulayıb. Həmin üsul, tamamilə, ağrısızdır və dişə zərər vermir. Mövcud müalicələrlə eyni qiymətdə olması nəzərdə tutulan yeni müalicə üsulunun qarşıdakı 3 il ərzində tətbiq olunması planlaşdırılır.