MDİ Azərbaycanda bağlandı
«Rəngli inqilablar» xülyası ucbatından təşkilatın günü qara olmuşdu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Azərbaycandakı yerini Rusiyaya verir?
ABŞ institutlarının boş qalan yerlərini müxtəlif təmayüllü qurumlar tutmağa çalışır...
-
NATO, yoxsa Rusiyaya?
Gürcüstan kimə ümid edir?
-
«Rəngli inqilablar» mətbəxindən «daltonik müxalifət»ə bahalı menyu
Əliyevə qarşı 2,4 milyon ayıran ABŞ-ın səfirliyində ölkəni «ağ-qara» görənlərlə məxfi görüşlər
-
«Yanlışdır, səhvdir, cəfəngiyatdır»
Riçard Morninqstar: «Azərbaycan ABŞ-ın güclü dostu, tərəfdaşı olaraq qalır»
-
«... Tən olmasa gen gərək»
... və ya Azərbaycanda inqilab üçün ABŞ-dan daha 14 milyon dollar
-
Barəsində bir çox qalmaqallı və ittiham xarakterli məlumatlar yayılan ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan ofisi bağlanıb. Modern.az saytı xəbər verir ki, bu barədə «Vestnik Kavkaza» portalı məlumat yayıb. Məlumata görə, MDİ-nin iyul ayının 2-də ofisi bağlanıb.
Modern.az-ın əməkdaşı məsələylə əlaqədar Azərbaycanın Ədliyyə Nazirliyilə əlaqə saxlayıb, amma nazirlikdən xəbərə münasibət bildirilməyib.
Qeyd edək ki, MDİ Azərbaycanda «rəngli inqilablar»a dəstək verməkdə, onun təşkilatçılarına maliyyə dəstəyi verməkdə ittiham olunurdu. İddialara görə, MDİ Azərbaycanda hakimiyyətə qarşı olan bəzi müxalif dairələrə maddi yardım ayırıb.
MDİ-nin «Facebook və rəngli inqilablar» həyata keçirmək üçün 2 milyon dollar pul xərclədiyi də ittihamlar sırasında yer alıb.