TAP-da yeni mərhələ
Layihənin yeni loqosu və vebsaytı hazırlanıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əliyev Vyana qapılarına çatır
Təklənirsiniz, müsyölər!
-
Əliyevin siyasi iradəsinin nəticəsi ...
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
Avropa qaz TAPdı
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
-
“Sıfır da olmasa, sıfıra yaxındır”
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
-
Zəncirin mərkəzi hissəsi - TANAP
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
-
Azərbaycan qazı Avropanın sərhədində
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
-
Boruların 99 faizi torpağa basdırılıb
TAP-ın Yunanıstanda hissəsində yarımçıq 15, Albaniyada isə 35 km-lik iş də tamamlanır
-
86,5 faiz yekunlaşıb
TAP-dan xəbər var ...
-
Bakıda nazirlərin V iclası
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edib
-
Bleyer Bakı üçün lobbiçilik edir
Böyük Britaniyanın keçmiş baş naziri İtaliyada “ilişən” Azərbaycan qaz borusuna görə danışıqlara başlayır
-
Cəmi 2 km qalıb
TAP Albaniyada ən böyük xarici sərmayədir
-
Cənub-Qaz Dəhlizi sanksiyalardan yan keçdi
Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir
-
“TAP-ı işə salmağa hazırıq, amma...”
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
-
Qlobal qaz tələbatı artacaq
Beynəlxalq ticarətdəki yüksəlişin bir nömrəli faktoru LNG olacaq
-
"Müttəfiqlərimizin enerji təhlükəsizliyi bizim üçün vacibdir”
ABŞ Dövlət Departamenti Azərbaycan borusunun işə salınması haqda
Layihə üzrə növbəti fazaların başlandığını göstərmək üçün Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin yeni loqosu və vebsaytı hazırlanıb. Bu barədə layihənin rəsmi vebsaytında məlumat verilib.
Saytda boru kəmərinin keçdiyi Yunanıstan, İtaliya, Albaniya kimi tranzit ölkələr üçün təfərrüatlı, yenilənmiş və müvafiq informasiya yerləşdiriləcək.
Vebsaytda servitut prosesi (layihə üçün yerin alınması), təchizatın vəziyyəti və TAP-ın gətirəcəyi faydalarla bağlı məlumat əlavə olunacaq. Vebsayt həmçinin TAP-ın bir çox beynəlxalq pay sahibləri üçün əlverişli ictimai resurs olacaq.
Qeyd edək ki, 870 kilometr uzunluğu olan boru kəmərinin inşasına hazırlıqlar davam edir. Azərbaycan təbii qazını Avropa bazarlarına çatdıracaq TAP layihəsi strateji Cənub Qaz Dəhlizinin ən mühüm elementlərindən biri olacaq.
TAP layihəsi üzrə boru kəmərinin inşası 2016-cı ildə başlayacaq. Bunun üçün hazırlıq işləri davam edir. Layihə üzrə Albaniyada yolların və körpülərin inşası isə 2015-ci ildə başlayacaq.
TAP layihəsinin xarici əlaqələr üzrə direktoru Maykl Hoffmann: «Layihənin növbəti həyəcanlı mərhələsinə keçid aldığımız bir vaxtda TAP-ın vizual imicinin olması çox vacibdir. Yeni imic dinamik və mütərəqqi layihəni çox doğru təmsil edir və layihənin bütün pay sahibləri tərəfindən aydın seçilir. Yeni vebsaytın məqsədi yerli, milli və beynəlxalq pay sahibləri üçün etibarlı mənbə olmaq, TAP layihəsinin bütün aspektləri haqqında onları vaxtında və dəqiq məlumatlandırmaqdır».
Trans-Adriatik Boru Kəməri (TAP) haqqında
TAP layihəsinin köməyi ilə təbii qaz Azərbaycanın nəhəng «Şahdəniz-2» yatağından Avropaya nəql olunacaq. Təxminən 870 km uzunluğunda olan boru kəməri Yunanıstan-Türkiyə sərhəddində - Kipoda Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşəcək. Buradan da Yunanıstan, Albaniya və Aralıq dənizindən keçərək İtaliyanın cənubuna çatacaq.
TAP layihəsi marşrut boyunca iqtisadi inkişafa və yeni iş yerlərinin açılmasına kömək edəcək; birbaşa xarici investisiyalar üçün əsas mənbə olan bu layihə heç bir qrant və maddi yardımlardan asılı deyil. Təbii qaz ilk dəfə 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə satılacaq. Avropaya isə ilk təbii qaz nəqli təxminən bir il sonra olacaq.
TAP layihəsi üzrə pay bölgüsü belədir: BP (20 faiz), ARDNŞ (20 faiz), «Statoil» (20 faiz), «Fluxys» (16 faiz), «Total» (10 faiz), E.ON (9 faiz) və «Axpo» (5 faiz).