vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜLƏŞ  
11:33 | 8 avqust 2014 | Cümə Məqaləyə 3958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şəhidlərimizin qisasını aldıq»

Avropa çempionu 44 saniyəyə rəzil edən güləşçi: «Erməni rəqiblə görüşərkən ancaq qələbə haqqında düşünürük»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • «Ucalardan uca bayraq»
  • Güləşçilər baş məşqçi Şaban Donatı da ən yüksək pilləyə qaldırdı
  • İslam Abbasov rəqibini fəndə salır
  • «Uçan güləşçi»
  • İslam Abbasovun və məşqçilərinin qələbə sevinci
  • İslam Abbasov ən yüksək kürsüdə
  • DÇ-nin 2-ci günü: 2 qızıl, 1 gümüş
  • DÇ-nin 2-ci günü: 2 qızıl, 1 gümüş
  • Murad Məmmədov birinci pillədə
  • Muradın final qarşılaşması
  • Məmmədov Qırğızıstan idmançısına çətin anlar yaşadır
  • «1 xal irəlidəsən»
  • Bu da qızıl. Davamı gəlsin ...
  • «Ən böyük sənsən, başqa böyük yox»
  • Ruhin Mikayılovun erməni Hrant Kalaçyan üzərində qələbəsi
  • Ruhin Mikayılov gümüşü qızıla çeviərəcəyinə əmindir

MÖVZUYA AİD VİDEO

  • Muradına çatan çempion
  • Qızıl oğlanın qızıl fəndi

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclərin Dünya çempionatı davam edir. Çempionatın ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, ilk yarış günündə güləşçilərimiz 3 qızıl medal qazanıb. İkinci yarış günündə isə, 3 güləşçimiz finala yüksəlib.

Yarışların gedişində güləşçilərimiz 4 dəfə Ermənistan təmsilçiləri ilə qarşılaşıb və bütün görüşləri qələbə ilə başa vurub. 

66 kq çəki dərəcəsində güləşçimiz Ruhin Mikayılovun mübarizədən kənarlaşdırdığı erməni rəqibi isə bir ay öncə gənclərin Avropa çempionu olmuşdu. 84 kq-da mübarizə aparan İslam Abbasov isə cəmi 44 saniyə ərzində rəqibini tam üstünlüklə məğlub edib.

Çempionatın ikinci günündə erməniləri məğlub edən güləşçilərimiz keçirilən görüşlər və çempionat haqqında fikirlərini bölüşüb.

İslam Abbasov: «Çempionata yaxşı hazırlaşmışıq. Güclü təlim-məşq toplanışları keçmişik. Hər bir yarışda məqsədimiz uğurla çıxış edib, yüksək əyarlı medallar qazanmaqdır. Federasiya rəhbərliyi tərəfindən hazırlığımız və yarışlarda uğurlu çıxışımız üçün hər bir şərait yaradılıb. Bizim vəzifəmiz də maksimum səylə çalışmaq və əzmkarlıq göstərərək ölkəmizi layiqincə təmsil etməkdir. Yarışlarda bizim üçün ikinci vacib məsələ isə, erməni güləşçilərlə qarşılaşarkən ikiqat əzmkarlıq göstərmək və ancaq qələbə qazanmaqdır. Buna görə də, erməni rəqiblərlə görüşərkən ancaq qələbə haqqında düşünürük. Dünən komanda yoldaşlarımız çox uğurla öz vəzifələrini icra etdilər. Onların qələbəsi bizim üçün də stimul oldu». 

Ruhin Mikayılov: «Dünya çempionatında zəif rəqib olmur. Qarşılaşdığım erməni rəqib bir ay bundan əvvəl Avropa çempionu olmuşdu və bütün rəqiblərini böyük hesabla üstələmişdi. Məşqçilər və federasiya rəsmilərinin dəstəyi ilə görüşə psixoloji cəhətdən yaxşı hazırlaşdım. Görüşün gərgin keçəcəyini bilirdim. Qələbə qazandığıma görə ikiqat sevincliyəm. Çünki mən və komanda yoldaşlarım bu qələbələrlə son günlər Dağlıq Qarabağda baş verən hadisələrdə şəhid olan əsgərlərimizin az da olsa qisasını almış olduq. Biz güləşçi olaraq sözümüzü bu gün idman arenasında deyirik. Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin əmri ilə sabah səngərdə əlimizdə silah vuruşmağa hazırıq».