«Minimum əməkhaqqına yenidən baxılacaq»
«Bu elə bir məfhumdur ki, nə qədər artsa da, həmişə gözə az görünür»
Rüfanə GÜNƏŞ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Heç bir sektorda aşağı maaş ...
Minimum əmək haqqındakı gözlənilən artım kimlərə şamil olunacaq?
-
380 milyard dollarlıq kəsir
Avqust ayında ABŞ büdcəsi hesabatı ürəkaçan olmayıb
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
... Büdcəyə yenidən baxmaq
İnflyasiyanın daha çox təsirləndirdiyi aztəminatlı insanları dəstəkləmək üçün ...
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
«Oktyabr ayında Milli Məclisdə büdcə müzakirə olunanda minimum istehlak səbətinə və minimum əməkhaqqına da yenidən baxılacaq». Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, hazırda hökumət yeni büdcənin hazırlığını aparır.
«Minimum əməkhaqqının artırılması Prezidentin səlahiyyətinə daxil olan məsələdir. Amma yaşayış minimumunun artırılması ilə bağlı Milli Məclis qərar verir və bu məsələyə büdcə müzakirə olunan zaman baxılır. Minimum əməkhaqqı və yaşayış minimumu arasında müəyyən oxşarlıq var. Adətən, minimum əməkhaqqı yaşayış minimumundan bir az geri qalır».
M. Quliyev deyib ki, yaşayış minimumunun il ərzində monitorinqi aparılır: «İqtisadi İnkişaf Nazirliyi il ərzində istehlak səbətinin və minimum yaşayış normasının təhqiqatını aparır və o növbəti ilin büdcəsi nəzərdə tutularkən hesablanır. Bu, insanın sosioloji və fizioloji göstəriciləri nəzərə alınmaqla hazırlanan bir sosial-iqtisadi göstəricidir. Azərbaycanda yaşayış minimumu haqqında qanun var. Hər ildə bir dəfə, Milli Məclis tərəfindən büdcə təsdiq olunanda yaşayış minimumuna yenidən baxılır. Hər iki ildən bir də istehlak səbətinin tərkibi müəyyənləşdirilir. Ola bilsin ki, bu il də dəyişikliklər edilsin».
Sosial siyasət komitəsinin sədr müavini deyir ki, əməkhaqqı elə bir şeydir ki, nə qədər artır artsın, həmişə azdır: «Təbii ki, əməkhaqqı elə bir məfhumdur ki, nə qədər artsa da, həmişə gözə az görünür. Əməkhaqqı yaşayış minimumuna uyğun şəkildə ölkədəki inflyasiya nəzərə alınaraq artırılır. Yəqin ki, bu ildə məsələyə baxılacaq və yenidən artırılacaq.
Amma insan tək 105 manatla dolanmır. Bir ailənin bir neçə üzvü işləyir. Bütün ailə minimum əməkhaqqına bağlı deyil. Əgər kiminsə ehtiyac meyarından aşağı gəliri varsa, ona ünvanlı sosial yardım da verilir».
Azərbaycanda minimum əməkhaqqı 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilib.