
Qanun təsdiqləndi ...
Dövlət kimlərə 59 yaşında pensiya ödəyəcək?
Dövlət kimlərə 59 yaşında pensiya ödəyəcək?
Daha çox yığım daha çox məbləğ demək olacaq
Almaniyadakı bu göstərici son 20 ildə dörd dəfə artıb
Kimlər təqaüdə daha tez çıxa bilərlər?
Avtomatik artırma mexanizmi müzakirə olunur
Fond 4 ay ərzində 231 manat çox xərcləyib
Əfvə düşən şəxslərdən çoxunun bilmədiyi müavinət almaq hüququ
Prezident qanunda dəyişikliyi təsdiq etdi
Ailə üzvlərinin başçısını itirməyə görə əmək pensiyası hüququ var
Güzəştli şərtlər ilə yaşa görə müavinət neçə yaşdan hesablanır və necə ödənilir?
Keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır
... Və müavinəti necə əldə etmək olar?
Azərbaycanda təqaüdə çıxmaq yaşı bir çox qərb ölkəsindən daha aşağdır
Artımın nələrə təsiri olacaq?
Çoxuşaqlı ailələrə müavinət ödənilməlidirmi?
Artımlar nə zaman ödəniləcək?
2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. Bu aydan isə ən aşağı pensiya 320 manatdır.
Bəs, işləyən vətəndaşlarımızın pensiyaları necə artırılacaq?
Mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.
Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydalara əsasən 8.1 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa pensiyasına əlavə olunur.
Keys üzərindən baxaq: Vətəndaşımıza 2019-ci ilin fevralın 1-də yaşa görə ümumi əsaslarla 700 manat əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. Onun pensiya məbləği 2025-cü ilin fevralın 1-də tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilir. Fevral ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 700 manat + 56.7 manat (700 manat X 8.1 faiz) + 350 manat = 1106.7 manat.
Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər.