vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
11:15 | 27 avqust 2014 | Çərşənbə Məqaləyə 1576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ARDNŞ iki şirkət yaratdı

Nizamnamə kapitalı 1000 manat olan QSC-lər qaz-boru kəməri layihələrində təmsilçi olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Neft Şirkəti «Cənub qaz dəhlizi» layihəsi çərçivəsində iki şirkət yaradıb. Şirkətlər 24 iyulda təsis edilib, Vergilər Nazirliyi rəsmi informasiyanı 20 avqustda «Vergilər» qəzetinin xüsusi buraxılışında verib.

Hər iki şirkət («SOCAR Upstream Management İnternatilonal» və «SOCAR Midstream Operations») ARDNŞ-in mərkəzi ofisindədir və 1000 manat nizamnamə kapitalına malikdir.

Xatırladaq ki, bu ilin fevralında «Şahdəniz» qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə etmək üçün «Cənub Qaz Dəhlizi» QSC yaradılıb. QSC-nin nizamnamə kapitalı 100 milyon dollardır. QSC-nin səhmdarları ARDNŞ (49 faiz) və İqtisadiyyat və Sənaye Nazirliyidir (51 faiz). Yeni şirkətləri məhz bu QSC yaradıb.

May və iyulda SC 2 mlrd 163,7 mln dollar məbləğində istiqraz buraxıb. Onları Dövlət Neft Fondu alıb. («Turan»)