Bankların birləşməsinə hazırlıq başlandı
Mərkəzi Bank 5 tələb irəli sürüb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
Mərkəzi banka yeni sədr təyin olundu
Taleh Kazımovun dosyesi...
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Nəzarət səlahiyyəti Mərkəzi Banka qayıdır...
... Rotşildlər isə Azərbaycana gəlir?
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
-
Xaricdən göndərilən pulda artım
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
-
Rüstəmov devalvasiyanı etiraf etdi?!
Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən
-
5 milyard dolları keçdi
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
-
«Pul bazası artır»
Bir ildə 2.2 milyarda yaxın çoxalma var
-
41.2 milyardı necə dəyərləndirərdiz?
Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?
-
Şərifovla Rüstəmovun limiti
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
Azərbaycan Mərkəzi Bankı (ABM) ölkə banklarının birləşməsi və ya bank fəaliyyətini dayandırıb, başqa formada fəaliyyət göstərməsinə hazırlıqlara başlayıb. «Fineko»nun məlumatına görə, avqustun 19-da AMB «Bankların yenidən təşkili qaydaları»nı təsdiqləyib.
Mərkəzi Bankın idarə heyəti sədrinin 1-ci müavini Alim Quliyev tərəfindən
təsdiqlənən və avqustun 29-dan qüvvəyə minən Qaydalar bankların bir-biri
ilə birləşməsini, başqa banklara qoşulmasını (yəni başqa bank tərəfindən
udulmasını), eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit
təşkilatına (BOKT) çevrilməsini nəzərdə tutur.
Qaydalara əsasən, bankların yenidən təşkil olunması aşağıdakı ardıcıllıqla
həyata keçirilməlidir:
- Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədi ilə ilkin və yazılı müraciət edilməsi;
- Yenidən təşkil üçün səhmdarların ümumi iclasının çağırılması və qərar qəbul edilməsi;
- Kreditorların bu barədə məlumatlandırılması;
- Yeni bankın və yaxud BOKT-un dövlət qeydiyyatından keçirilməsi;
- Yeni xüsusi razılıq (lisenziya) alınması;
Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalıdır. Bununla yanaşı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir. Sənədə görə, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır.