vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:17 | 27 noyabr 2014 | Cümə axşamı Məqaləyə 2518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəsulzadənin məzarı vətənə gətirilə bilər

Öndərin nəvəsi prezidentlə görüşmək istəyir

Hafiz ƏHMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə prezident İlham Əliyevlə görüşmək istəyir.

Bu barədə AzVision.az-a R.Rəsulzadə özü məlumat verib. Bildirib ki, görüş zamanı M. Ə. Rəsulzadənin məzarının Türkiyədən Azərbaycana gətirilməsi ilə bağlı ölkə prezidentinə müraciət edəcək:

«Hər şey vaxtında olmalıdır. Mən şərait yaranarsa onun məzarının Azərbaycana gətirilməsinin tərəfdarıyam. Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı çox gözəldir və vaxtında verilib. Ona minnətdarlığımı bildirirəm. Rəsulzadə xəttinin qorunması çox gözəl bir haldır. Onun məzarının gətirilməsi ilə bağlı vaxtı çatanda müraciət edəcəyik. Onun məzarı ölkəyə gətirilərsə çox yaxşı olar. İndi ölkəmiz müharibə şəraitindədir. Hər kəsin başı qarışıqdır. Qarabağ münaqişəsi mövcuddur. Bu hadisələrdən sonra biz bununla bağlı müraciət edəcəyik. Çalışacağam ki prezidentlə görüşüm və onunla bu məsələlər barəsində söhbət edim”.

Rəis Rəsulzadə səhhətində heç bir problemin olmadığını da sözlərinə əlavə edib.

Xatırladaq ki, Rəis Rəsulzadə iyul ayında prezident İlham Əliyevin göstərişi ilə əməliyyat olunmaq üçün Almaniyanın «Şarite» hospitalına göndərilmişdi.