Cümhuriyyətin Ana Yasa arzusu
Konstitusiya iki hökumət arasında böhranın yaranmasına gətirib çıxara bilərdi
Zaur ƏLİYEV, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İstiqlal bayramı – Müstəqillik Günümüz mübarək!
23 aylıq Cümhuriyyətin 104 yaşı
-
AXC-nin işğalında Türkiyə faktoru
Bəs Lenin niyə məhz bundan istifadə etdi?
-
Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı?
Nuru Paşanın həbsdən qurtuluş hekayəti
-
“Rəsulzadə olmasaydı Cümhuriyyət qurulmayacaqdı”
Tarixçi-professordan “Cümhuriyyət Tarixi” haqqında 101 yaşlı gerçəklər
-
Azadlıq Azmanı
Milli istiqlalımızın ilkinə bənzərsiz ictimai-siyasi çabalarıyla nail olmuş, bərpasınasa mənəvi-məfkurəvi ideyaları ilə zəmin yaratmış Məhəmməd Əmin...
-
“AXC Fələstindəki yəhudiləri dəstəkləyib”
Yəhudi tədqiqatçıdan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı maraqlı açıqlamalar
-
Mistik çalarlara ehtiyac yoxdur
Rəsulzadə regionun ən proqressiv, ən demokrat müsəlman lideri idi
-
Hamımızın adından - Rəsulzadəyə!
Məhəmməd Əminin həzzi (dərdi) və xalqı haqda
-
“Ona qayıtmalı olacaqsan”
“M.Ə.Rəsulzadə söhbəti”nin yenidən güclənməsi təsadüfi deyil
-
Sən bizimsən, bizimsən ...
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür
-
“Mükəmməl iş ərsəyə gətirdik”
Rahib Azəri: “Cümhuriyyət tariximiz hətta Azərbaycan müstəqillik qazandıqdan sonra da hələ yetərincə öyrənilməyib”
-
“Cavad xan mövzusu sanki taleyimə çevrildi...”
Akademik Opera və Balet Teatrında Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası olacaq
-
Cümhuriyyətin yadigarı, müstəqilliyimizin rəmzi
Goranboyda Bayraq muzeyinin açılışı olub
-
“Cümhuriyyətin yaranması regionda dönüş nöqtəsi olub”
İsrail lideri İlham Əliyevə məktub göndərdi
-
“İslam dünyasında ilk dünyəvi, parlamentli respublika”
“The Jerusalem Post”: “Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı tarixində dərin və silinməz izlər qoydu”
-
23 ayda 100 ilə bərabər müstəqillik
Yaşasın Cümhuriyyət!
12 Noyabr Konstitusiya günüdür. Bəziləri sosial mediada sual verirlər: “Azərbaycanın 1918-20-ci illərdə mövcud olmuş Ana Yasası olubmu?”
Azərbaycan Cümhuriyyəti dövründə müstəqil respublikanın konstitusiyasını qəbul etmək mümkün olmadı. O dövrdə konstitusiya xarakteri daşıyan bəzi aktlar, qərarlar qəbul edilmiş və milli hökumət onların əsasında işləyib. Ona görə də bu sənədləri, müəyyən mənada, konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar.
Lakin rəsmi Ana Yasa yazılması istiqamətində də çalışmalar olub, baxmayaraq ki, yeni dövlətin fəalları tərəfindən belə cəhd edilib. Azərbaycan Cümhuriyyəti bu istiqamətdə iş aparıb. Yeni dövlətin qarşısında duran bir nömrəli məsələ konstitusiyanı yazmaq olub. Başqa sözlə, yeni dövlətin quruluşu, üsul-idarəçiliyi müəyyən olunmalı idi.
O zaman isə Azərbaycanın siyasi elitalarında sosialistlərdən tutmuş mühafizəkarlaradək, müxtəlif siyasi partiya və ideologiyaların nümayəndələri təmsil olunmuşdu. Azərbaycanın Prezident üsul idarəsi yoxsa parlament respublikası olması barədə müzakirələr gedirdi. Rəsulzadə hesab edirdi ki, Prezident üsul idarəsi olsa zamanla bu sistem ailə hakimiyyətinə çevriləcək və tək hakimiyyətlik olacaq idi. Buna görə Rəsulzadə, Xoyski, Yusifbəyli və digər cümhuriyyətçilər başda parlamenti olan respublikaya meyl göstərirdilər.
Tarixçi alim, Dr.Harun Yılmaz bəyin BBC-nin saytında dərc edilmiş məqaləsində yazılır :”İstanbulda Ənvər Paşa hökuməti Azərbaycanı müstəqil və güclü görmək istəyirdi, lakin onlar Azərbaycanın parlament respublikasına çevrilməsini qəbul etməyə hazır deyildi”.
Respublika quruluşu üçün nəzərdə tutulmuş Konstitusiyanın yazılması iki hökumət arasında böhranın yaranmasına gətirib çıxara bilərdi...
Böyük ehtimalla hesab etmək olar ki, Respublika quruluşu üçün nəzərdə tutulmuş Konstitusiyanın yazılması Osmanlı-gənc Azərbaycan dövləti arasında narazılıq yaranmasına gətirib çıxara bilərdi və buna görə də Azərbaycan Cümhuriyyətinin Konstitusiyası o zaman hazır olmadı...
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür və SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendum yolu ilə qəbul edilib. Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Əsas Qanunun qəbul edilməsinin lehinə səs verib. 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur.
İlk qəbul olunan Ana Yasada “Azərbaycan Respublikası, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi-siyasi-hüquqi varisidir“ yazılsa da indi o cümlələr yoxdur..