«Pambığın alış qiymətinə yenidən baxılmalıdır»
Ölkədə pambıq istehsalçıları güzəştlər əldə edəcəklər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni QAN gördü
Yaxud erməni cəmiyyətinin Qazanılmış Ağıl Natamamlığı sindromu
-
EKTİS nə üçün lazımdır?
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
-
Çiyid səpini başladı
Nazir İman Kərimov prosesdə iştirak etdi
-
Soğan niyə bahalaşdı?
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
-
Ət idxalı kəskin artıb
Səbəb “pambıq”dır, yoxsa gömrük?
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bahalaşma gözlənilmir”
Nazir çörəyin qiymətindən danışdı
-
Pambıq yığımı başlandı
“Ağ qızıl”ın hər kiloqramına 60 qəpik və əlavə …
-
6 min manatadək cərimə
Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq
-
... 5 vəzifəli həbs olundu
Pambıqçıların zəhərlənməsinə görə ...
-
“Pambıqçıların zəhərlənməsi təxribat deyil”
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
-
“Ürəkbulanma zəhərlənmə demək deyil”
Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”
-
“Bizim vaxtımızda belə hadisələr olmurdu”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
-
Bu artıq təxribatdır!
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatdı: 8-i uşaqdır
-
Zəhərlənmənin günahkarı tapıldı
Nazir İman Kərimov məmuru işdən çıxarıldı
-
“7 nəfər reanimasiyadadır”
Zəhərlənmə ilə əlaqədar 111 şəxs xəstəxanaya müraciət edib
Azərbaycan hökuməti güzəştli kreditləşdirmə və alış qiymətlərinin formalaşmasında iştirak yolu ilə pambıq istehsalçılarını dəstəkləyəcək. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev «Kənd təsərrüfatının perspektivli sahələrinin inkişafı üzrə Azərbaycan-Türkiyə təcrübəsi» konfransında deyib.
Onun sözlərinə görə, istehsalçılardan pambıq alan şirkətlər alış qiymətlərinin formalaşmasında dünya pambıq qiymətlərini və ölkədəki devalvasiyanı nəzərə almalıdır: «Biz kənd təsərrüfatı istehsalçılarına daha sərfəli qiymətlər təklif etmək üçün bu şirkətlərlə danışıqlar aparırıq. Hökumət pambıqçılıqla məşğul olan sahibkarların güzəştli kreditləşməsini artırmağı da planlaşdırır. Pambıq istehsalçılarının maliyyə çıxışını sadələşdirmək lazımdır».
«Biz istərdik ki, pambığın alış qiymətinə yenidən baxılsın». «APA-Economics» xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev «Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi» mövzusunda keçirilən əməkdaşlıq konfransında çıxışı zamanı bildirib.
Nazir əlavə edib ki, Azərbaycanda pambıqçılıq yenidən inkişaf etdirilməlidir.
Ş. Mustafayevin sözlərinə görə, keçən il güzəştli verilən kreditlərin 85%-i məhz kənd təsərrüfatı sahəsi ilə məşğul olan sahibkarlara verilib.
Konfransın yekununda Kənd Təsərrüfatı Nazirliyi ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni nazir Heydər Əsədov və konfederasiyanın sədri Məmməd Musayev imzalayıb.