vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SAĞLAMLIQ  
15:50 | 18 aprel 2016 | Bazar ertəsi Məqaləyə 6570 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qanı duruldan vasitələr

Çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çiy su içmək ....

MÖVZU İLƏ ƏLAQƏLİ

Qanın həddindən artıq duru olması və ya qatı olması bir xəstəlikdir, normadan çox duru olanda qanaxmaya meyillik olur, qatı olanda isə qanın normal dolaşımında problemlər əmələ gəlir. Toxumalar lazımınca qidalana bilmirlər, hər iki sistemin işinə qaraciyərimiz cavabdehdir, ona görə də belə problemləri olan insanlar qaraciyərlərini də müalicə etdirməyi yaddan çıxarmasınlar. Qanı durulaşdırmaq üçün yaxşı olar ki, əvvəlcə yeməklədən başlayasınız, belə ki çoxlu ət yemək, az su içmək, az hərəkət etmək, çox duzlu yemək, çox yağlı yemək kimi vasitələr sonda bizim qanımızın qatılaşmasına səbəb olur. Bunun əksinə olaraq çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çiy su içmək, tünd çaydan, tünd kofedən imtina etmək də qanımızın durulmasına səbəb olur.

Qanı sulandıran bitkilər:

Məkkəgülü – həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır, turşməzə və gözəl bir dada malikdir, yeməkdən sonra içilməsi məsləhətdir.

Safora – Bakımızın parklarında bol-bol ağacları vardır, əsas təsir edən maddəsi rutindir, hansı ki, damarların içinə yığılmış yağ və lipidləri təmizləyir.

Öksəotu – yırtıcı bir bitkidir, belə ki, ağaclara yapışaraq ağaclardan qidalanır və sonunda ağacı qurudur, sonra başqa bir ağacda yaşamağa davam edir. Çox yaxşı təzyiqsalıcıdır, kapilyar damarların ötürücülüyünü yaxşılaşdırır.

Nanə – həm yaxşı əsəbsakitləşdirici, həm yaxşı bir ətri, həm də mülayim qan durulducudur.

Zəncəfil –  möhtəşəm bir vasitədir, hər gün hamının istifadəsinə lazım bir bitkidir, marketlərdə təzə zəncəfil satılır ondan alın, qoz böyüklükdə qabığın soyun, 20 qəpiklik boyda doğrayın, 3 stəkanlıq termosda dəmləyin, gündə 3 dəfə için, əlləri-ayaqları soyuq olanlar, şəkəri olanlar üçün əla bir vasitədir.

Sarıkök – qaraciyərimiz üçün bir nömrəli təbii vasitədir, dağılmış qaraciyər toxumasını bərpa edir, gündə 2 dəfə 1 çay qaşığı üyüdülmüş tozunu 1 stəkan qaynar suya qarışdırıb içə bilərsiniz.

Ud hindi.- mükəmməl bir qan durulducu və iltihab əleyhinə bir vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş tozunu 1 stəkan qaynar suya qarışdırıb 1 çay qaşığı bal əlavə edib içmək lazımdır.

Biyan kökü – tərkibindəki “qliçirizin” maddəsi sanki xəstə insanların təbii həkimidir, halsız insanları sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmalarında faydalıdır.

Sarımsaq – çox əla bir qansulandırıcıdır, həm də təzyiqsalıcıdır, bədənin virus xəstəliklərindən qorunması üçün analoqu yoxdur.

Limon – həm qan durulducu, həm də damar elastiklədirmək üçün çox əla bir vasitədir, tərkibində zəngin C vitamini vardır.

Hicama və ya həcəmət olunmaq orqanizmi yeniləyir, insan özünü yenidən doğulmuş hiss edir, dəri altındakı tromblarla zəngin, çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.

Zəli – zəlinin ağzındakı hirudin maddəsinə 105 maddə tapılıb ki, bunların əksəriyyəti qanı durulaşdırır, trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir.