vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
15:49 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Havalar qızacaq

Bəzi yerlərdə yağış yağacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah paytaxt və yarımadada səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-16° isti təşkil edəcək. Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz. Səhər duman. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.