Narazılıq kütləviləşir
«Qazı kəsənlər Azərbaycan xalqının qəsdinə durublar»
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müftə benzin verəndə yaxşı idi?
SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
-
“Şahdəniz”in sirlər xəzinəsi...
BP və SOCAR qiymətləndirmə aparacaq
-
Azərbaycanın Rusiya ilə qaz mübadiləsi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
Azərbaycanda qaz hasilatı artıb
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
-
Qazancın yarıdan çoxu İsveçrədən gəlib
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
-
SOCAR-ın daxili borclanması artır
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
-
Azərbaycanın strateji tərəfdaş olan ilk Aİ üzvü
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
-
“Artan tələbatı ödəmək imkanımız var”
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
-
“SOCAR Petroleum” cərimələndi
27 412 962 manat
-
İslahatlara ehtiyac var
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
-
Rövnəq Abdullayev neftdən uzaqlaşdırıldı
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
-
700 neftçi təxliyə edilib
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
-
SOCAR Neft Fondunu necə “sökür”?
-
AFFA-da təcili iclas
Hesabat verməli olan adam hesabat istədi
Son günlər havaların qəfildən soyuması ilə dövlət qurumlarının qışa nə qədər hazır olduğu gün kimi ortaya çıxdı. Xüsusilə qaz təchizatı təsərrüfatındakı bərbad durum insanları çətin vəziyyətə saldı.
Paytaxt Bakı da daxil olmaqla bütün yaşayış məntəqələrində mənzillərə verilən mavi yanacağın təzyiqi aşağı düşüb... Bir çox yerlərdə isə qaz ümumiyyətlə kəsilib. İndi çoxlarını bu sual düşündürür: «Bu qış adam balası kimi mavi yanacaq – qaz ala biləcəyikmi?»
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə və bu qurumun tabeliyindəki «Azəriqaz» İstehsalat Birliyinin rəhbərliyinə ünvanlanan suallara hələ ki doğru-dürüst cavab verilmir. Baxmayaraq ki, cavabdehlər əhalinin haqlı giley-güzarına cavab verməklə arxayınlıq gətirməyə borcludurlar. Amma... amma bunlar azmış kimi qazın qiymətini də qaldırmağa da cəhdlər var... Qaz abonentləri isə qan ağlayırlar..
Modern.az saytının respondentləri qaz təsərrüfatındakı vəziyyətdən ciddi şəkildə şikayətləniblər...
Hərbi ekspert Üzeyir Cəfərlinin qənatincə, SOCAR rəhbərliyi və «Azəriqaz»la bağlı çox ciddi addımlar atılması vacibdir:
«Onlar barəsində ən yüksək səviyyədə ölçü götürülməlidir. Mən bilmirəm ki, «Azəriqaz»ın işçiləri yay fəsli boyunca harada yatmışdılar. Soyuq havalar gələn kimi orda-burda təmir adı ilə qazı kəsirlər. Mən yaşadığın Binəqədi rayonunda da 2 gün qaz olmadı. Belə görünür ki, «Azəriqaz»da məsuliyyətsizlik baş alıb gedir.
Əkbər Hacıyev Rövnəq Abdullayev tərəfindən «Azəriqaz» rəhbərliyinə gətirilmiş şəxsdir. Azərbaycanın qaz təsərrüfatını belə bir təcrübəsiz adama həvalə etməyin özü cinayətdir. Bu adam nə etdiyinin fərqində belə, deyil. Onsuz da əsəbləri tarıma çəkilmiş insanları bir qədər də qıcılandırmaq olmaz».
Ü.Cəfərlinin sözlərinə görə, sanki Azərbaycan vətəndaşlarının qəsdinə durublar.
«Niyə bunlar bacaları təmizləmirlər? Onlar bu işlə məşğul olmadıqlarına görə, gündə dəm qazından ölən və zəhərlənənlər var. Əvvəlki illərdə bu kimi hadisələr niyə yox idi? Azərbaycan müstəqillik əldə etdi ki, rəhbər şəxlər öz vəzifə borclarına vicdanla yanaşacaqlar. Amma mən bu gün onun əksini görürəm. Mən hesab edirəm ki, bu şəxslər daha da məsuliyyətli olmalıdırlar».
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyir ki, Azərbaycan başqa dövlətlərə qaz verdiyi halda öz vətəndaşlarımızın qazsız qalması anlaşılan deyil:
«Bu çox məyusedici haldır. Qaz zəif gəlir. Bəzən də qaz yerinə hava gəlir. Mən istəyərdim ki, erməni kilsələrinə verilən qaz kəsilsin və Azərbaycan xalqına verilsin. Mən heç «Azəriqaz»a müraciət etməmişəm. Amma artıq qış gəlib. Onlar bilməlidirlər ki, qaz verilməlidir. Bu şəxslər ölkə rəhbərliyinin əksinə gedirlər. Onlar fikirləşməlidirlər ki, insanlar arasında bu qədər narazılıq yaratmaq olmaz. Onsuz da insanlarımızda narazılıq artıb. Azərbaycanın qazımı yoxdur? Var! Mən bu şəxslərin ölkə rəhbərliyinə xəyanət etdiyini başa düşürəm. Hər halda özləri papaqların qabaqlarına qoyub fikirləşsələr, daha yaxşı olar».
Jurnalist Natiq Cavadlı deyib ki, durum heç də yaxşı deyil.
«Havalar soyuyan kimi qazın təzyiqi minimuma enir. İstifadə etməkdə problem yaranır. Bununla bağlı Sumqayıt Qaz İdarəsinə müraciət etmişəm. Oradan isə deyirlər ki, qış vaxtına keçilməyib. Təəssüf ki, Azərbyacan hökuməti iqlim dəyişikliyini nəzərə almır».
İqtisadçı Natiq Cəfərli bildirib ki, 3 gün bundan əvvəl qazın təzyiqi çox aşağı düşmüşdü.
«Amma indi isə belə bir problem yoxdur. Qazın təzyiqi aşağı olanda da «Azəriqaz»a müraciət etməmişəm. Çünki, onların standart bir cavabları var. «Təmir işləri gedir»».
Müğənni Əli Mirəliyev deyib ki, «Azəriqaz»ın adı var, özü yoxdur: «Camaat necə əziyyət çəkirsə, mən də onlar kimi əziyyət çəkirəm. Ümumiyyətlə, bizdə hər şeyin adı var, amma özü yoxdur".
«Azvision.az» saytının baş redaktoru Vüsal Məmmədov daqazın təzyiqinin aşağı olduğunu bildirib. O, həmçinin bununla bağı heç yerə şikayət etmədiyini də deyib.
Göründüyü kimi, narazılıq var, amma müraciət edilmir... Səbəbini SOCAR rəhbərliyi və «Azəriqaz» izah etməlidir...