vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:35 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1052 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SSRİ-nin ilk nüvə sınağı - (VİDEO)

12 km-dən hündürlükdən atılan bomba...

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Sovet nüvə sınağının dəhşətli görüntüsü

Sovet İttifaqının ilk nüvə sınaqlarından birinin real görüntüləri yayılıb. Video-kadrlarda əksini tapan bu sınaq 1955-ci il noyabrın 22-də baş tutub. Bundan öncə isə cəmi iki sınaq olmuşdu - 29 avqust 1949 və 12 avqust 1953-cü ildə...

Sınaq Qazaxıstanda, Semipalatinsk nüvə poliqonunda keçirilib. Kadrlarda poliqonun yaxınlığındakı Kurçatov (SSRİ-nin məşhur alimi, atom reaktorunun yaradıcısı İqor Kurçatovun şərəfinə adlandırılan şəhər) qapalı şəhərində atom zərbəsinin necə təsir göstərdiyi də əksini tapıb.

Bomba saat 9.47-də 12 min metr yüksəklikdən buraxılıb. Paraşüt sistemi işə düşüb və təyyarə bir müddət sonra bombadan uzaqda – təhlükəsizlikdə olub.

Bomba 1550 metr hündürlükdə partlayıb. Sınaq zamanı bir əsgər həlak olub, bir əsgərin isə gözləri tutulub.

Bütün proses bir neçə kamera ilə lentə alınıb və hökumət üçün kiçik bir filmdə birləşdirilib. Filmi Levitan səsləndirib.