vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AİLƏ  
18:41 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 2601 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dolu kişilər qadınlar üçün cazibəlidirmi?

Xanımlar öz uşaqlarına ata seçərkən...

«The Telegraph» yazır ki, tosqun və bəstəboy atalar daha çox yaşayır, qarşı cinsi daha çox cəzb edir və öz genlərini daha mütənasib bədənli rəqiblərindən daha yaxşı ötürürlər.

Əslində gözləmək olardı ki, atalıq dövründən sonra testosteronun azalması ilə bağlı şişmanlaşan şəxslər «əsl kişilik idealına» uyğun olmasınlar, amma bu xüsusiyyətlər kişilərdə ömrü uzadır və immun sistemini gücləndirir.

Belə bir nəticəyə Yale Universitetindıən antropologiya professoru Riçard Bribieskas gəlib.

Alim bildirir ki, belə tosqun bədənli kişiləri nadir hallarda infarkt vurur və onlar prostat vəzinin xərçənginə demək olar, tutulmurlar.

2008-ci ildə aparılmış tədiqiqat göstərib ki, metbolizmi yüksək olan, yəni bədən tənasüblərini qoruyub saxlayan kişilərin ölmə ehtimalı şişmanlaşan həmcinslərindən 50 faiz yüksəkdir.

«Maçoluq kişiləri xəstə edir» - deyir professor Bribieskas.

Onun sözlərinə görə «Hollywood» adətən pis adamları vurub yıxan əsl kişi obrazlarını boylu-buxunlu və mütənasib bədənli təsvir edir.

Professor deyir ki, kişilər ümumən qadınlardan daha iri və daha güclü olsalar da onların əhəmiyyətli dərəcədə zəifliyi də var.

«Biz qadınlarla müqayisədə infeksiya və xəstəliklərə daha çətinliklə üstün gəlirik və sadəcə, özümüzə baxmırıq. Bu isə kişilərin sürətlə qocalmasını şərtləndirir» - deyir alim.

Professor Bribieskas iddia edir ki, ataların daha şişman olması onları, qadınların dalınca qaçmaqdansa vaxtlarının çoxunu uşaqlara həsr etməyə sövq edir.

Alim bunu da iddia edir ki, piylilik də qadınları daha çox cəlb edir.

Ahıl yaşlarında ata olanlardan biri də məşhur aktyor Robert De Nirodur. Onun övladı dünyaya gələndə 68 yaşı vardı. Müğənni Rod Styuart səkkizinci övladı olanda 66 yaşı haqlamışdı.

«Kişi hormonu testosteronun bədəndə azalmasının effektlərindən biri də əzələ kütləsinin azalması və piy kütləsinin artmasıdır» - yazır professor özünün «Kişilər necə yaşlanır? Təkamül kişi sağlamlığı və ölümü haqda nə deyir?» adlı kitabında.

O yazır ki, bədənin şişmanlaması bədən sahibini daha rahat şalvarlar almağa sövq edir və ümumilikdə onun xəstəliklərə müqavimətini artırır.

Lakin «Telegraph» yazır ki, «Cambridge» Universitetinin ötən il apardığı araşdırma bu deyilənlərin tam əksini göstərib.

Tədqiqat müəlliflərinin fikrincə qadınlar öz uşaqlarına ata seçərkən «uzaq məsafə qaçışçılarını» seçirlər.

Belələrində piylənmə getmir, seksual həvəsləri və sperm sayı daha yüksək olur.