vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
21:04 | 13 noyabr 2016 | Bazar Məqaləyə 874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kürddilli fraksiya da yaradılacaq

Fars-molla rejimi milli ayrı-seçkiliyi körükləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentinin Miyandab, Şahindej və Tikabdan seçilən deputatı Homayun Haşimi, noyabrın 12-də jutrnalistlərə açıqlamasında kürddilli deputatların fraksiya yaratmaq niyyətində olduğundan xəbər verib.

Homayun Haşimi deyib ki, kürd elitası və ziyalıları Kürdistanın inkişafı üçün hərəkətə keçməlidir: «Parlamentin kürddilli deputatları fraksiya yaratmaq qərarına gəliblər. Məqsəd isə parlamentdə digər dillər üçün nəzərdə tutulmuş haqqın kürdlərə də şamil edilməsidir. Kürd dilinin kökü min illər əvvələ gedib çıxır və kürdlər İranın ən əsil etnik qrupudur. Kürdistanın isə tarix boyu həmişə özünə məxsus yeri olub. Onun ədəbiyyat  və mədəniyyət sahəsində də deməyə sözü çoxdur.

Hesab edirəm ki, kürd elitası və ziyalıları, Kürdistanın və bölgənin inkişafı üçün hərəkətə keçməli, bu işdə fəal olmalıdır. Biz deputatlar, parlamentdə Kürddilli Deputatlar Fraksiyasının yaradılmasını tələb etmişik. İstəmişik ki, ölkə parlamentində digər dillər üçün nəzərdə tutulmuş hüquq kürdlərə də şamil edilsin».

Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib.

Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.

Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: «Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır».

Qeyd edək ki, Türkdilli Deputatlar Fraksiyasının yaranması, ölkədə bir sıra aşırı paniranist cərəyanların və millətçi fars ziyalılarının nigaranlığına səbəb olub. Onlar tez-tez müxtəlif bəhanələrlə bu fraksiyanın əleyhinə çıxış edir, bəyanatlar səsləndirirlər.