vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
21:33 | 13 noyabr 2016 | Bazar Məqaləyə 900 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneyli fəal azadlığa çıxdı…

…Görüşünə onlarla silahdaşı gəldi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir qrup azərbaycanlı fəal, bir il həbsdən sonra Qoşaçay zindanından yenicə azadlığa buraxılmış azərbaycanlı milli-mədəni fəal Mehdi Deyhəmi ilə Çaharbürc şəhərində görüşüblər.

Noyabrın 11-də baş tutan görüşdə Məlikan, Qoşaçay, Marağa, Binab və Əhər şəhərlərindən gələn fəallar iştirak edib. Fəallar M.Deyhəmini azadlığa buraxılması münasibəti ilə təbrik edib, Azərbaycanın ictimai və mədəni məsələləri barədə fikir mübadiləsi aparıblar.

2014-cü il sentyabrın 1-də divarlar üzərinə şüar yazmaq ittihamı ilə yaxalanan M.Deyhəmi, 2015-ci il yanvarın 17-də Marağanın İnqilab Məhkəməsində mühakimə olunub və «sistemin əleyhinə təbliğ» ittihamı ilə 1 il azadlıqdan məhrum edilib. Fəal məhkum edildiyi həbs cəzasını çəkmək üçün bir il öncə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və Marağa zindanına aparılıb. O 25 gün həbsdən sonra Qoşaçay həbsxanasına intiqal edilib.

M.Deyhəmi bundan öncə də Urmu gölünə dəstək vermək və bu kimi digər mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.