vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
22:30 | 13 noyabr 2016 | Bazar Məqaləyə 939 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərk qalası layihəsinə etirazlar səngimir

Pərviz Şəbani qala yaxınlığında saxlanılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı milli-mədəni fəal Pərviz Şəbani Təbrizdə Ərk Qalası ətrafında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Əldə etdiyimiz məlumata görə, fəal dağıdılmaqda olan Ərk Qalasından şəkil çəkdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onun mətbuata çıxarmaq məqsədi ilə Qaladan şəkil çəkdiyi deyilir.

Noyabrın 12-i yerli vaxtla saat 17 radələrində tutulan fəal naməlum istiqamətə aparılıb, hələlik onun harada saxlandığı ilə bağlı heç bir məlumat yayılmayıb.

Son günlərdə mətbuatda Qalanın yaxınlığında avtodayanacaq tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılıb. Bundan sonra yerli əhali tarixi Qalanın məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə sərt xəbərdarlıq etdilər, bu məsələ günlərlə kütləvi informasiya vasitələrinin gündəmini təşkil etdi. Etirazlar geniş vüsət aldıqdan sonra Ərk Qalası ətrafında nəzərdə tutulan layihənin icrasının dayandırıldığı elan edildi, lakin bəzi məlumatlara görə, gün ərzində fəaliyyətini dayandıran texnika gecə saatlarında öz işini davam etdirir.

Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.