vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
13:56 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1820 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Havalar soyuyacaq

Temperatur 5-8 dərəcə aşağı düşəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 10-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 5-9 dərəcə isti olacaq.

Noyabrın 16-dan 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi,  arabir yağıntılı olacağı,  bəzi yerlərdə intensivləşəcəyi,  dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.