vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
14:03 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaxşı işləyənlər mükafatlandırılacaq

Qanunda dəyişiklik edilir

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda «Əmək» ordeni təsis edilir. Modern.az-ın xəbərinə görə, bununla bağlı «Orden və medallarının təsis edilməsi haqqında» qanuna dəyişiklik edilməsi təklif olunub. Dəyişikliyə əsasən, «Əmək» ordeni Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə veriləcək.

Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təhsilin istehsalatda davamlı nəticəli tətbiqinə görə təltif olunacaqlar.

«Əmək» ordeni müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. Orden döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda «Vətənə xidmətə görə» ordenindən sonra taxılır.