

Avqust ayında ABŞ büdcəsi hesabatı ürəkaçan olmayıb
ABŞ administrasiyası 1 milyard dollardan çox gəliri olana planını açıqlayıb
Yeni Zelandiya turistlər üçün giriş vergisini üç dəfə artırdı
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
İnflyasiyanın daha çox təsirləndirdiyi aztəminatlı insanları dəstəkləmək üçün ...
Nağd ödənişlər və qanunsuz əmək bazarı ...
Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
«2017-ci ildə dövlət büdcəsinin kəsiri kifayət qədər aşağı idi»
Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?
Səbəb nağdlaşdırma üzrə sadələşdirilmiş vergidir
Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq
Milli Məclis «Aviasiya haqqında» qanunu qəbul edib
Mənfəət vergisindən daxilolmalar azalır. Başlıca səbəb zərərlə işləyən müəssisələrin sayının artmasıdır.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 12 milyard 104 milyon manat, xərcləri 12 milyard 468 milyon manat təşkil edib, büdcənin icrasında 364,3 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,7 faizi qədər kəsir yaranıb. Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, bu ilin 9 ayında büdcəyədaxilolmaların 24,5 faizi əlavə dəyər vergisi, 13,3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 8,6 faizi fiziki şəxslərin gəlir vergisi, 4,6 faizi aksizlər, 11,0 faizi digər vergilər, 38,0 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Burda diqqəti çəkən məqamlardan biri 2016-cı ilin yanvar-sentyabr ayları üzrə hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən daxilolmaların ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz aşağı düşüb. Belə ki, cari ilin 9 ayında büdcəyə bu mənbədən 1 milyard 343 milyon 300 min manat vəsait daxil olub ki, bu da 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 227,2 milyon manat azdır.
Son məlumatlara görə, hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin büdcə daxilolmalarında xüsusi çəkisi 13,3 faiz, ÜDM-də payı 3,1 faiz təşkil edir ki, bununla da bu vergi növü üzrə mədaxil büdcədə vergi gəlirləri üzrə ƏDV-dən sonra ikinci böyük payı ifadə edir.
Ölkədə vergi ödəyicilərinin sayının artdığı halda büdcənin vergi gəlirlərində ikinci böyük paya malik olan hüquqi şəxslərin mənfəət (gəlir) vergisində ötən illə müqayisədə kəskin azalma narahatlıq doğurur. Belə ki, cari ilin 9 ayında respublika üzrə 89 101 vergi ödəyicisi qeydiyyata alınıb. Beləliklə də 1 oktyabr 2016-cı il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 739 297 olub ki, bu da 2015-ci ilin 1 oktyabr tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,2 faiz çoxdur. Onda sual olunur, nədən vergi ödəyicilərinin sayının artdığı, mənfəət vergisinin dərəcəsinin sabit qaldığı (son illər müəssisənin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur), vergidən azad edilən gəlirin hesablanmasında, uçotunda, eləcə də güzəştlərin tətbiqində dəyişiklik baş vermədiyi halda hüquqi şəxslərin mənfəət (gəlir) vergisində azalma müşahidə olunur.
Hesab edirəm ki, bunun başlıca səbəbi biznes mühitinin pisləşməsi, alıcılıq qabliyyətinin aşağı düşməsinə görə hüquqi şəxslərin vergi tutulan gəlirinin (mənfəətinin) azalmasıdır. Ölkədə zərərlə işləyən təsərrüfat subyektlərinin, eləcə də mənfəətin həcminin azalması belə bir nəticəyə əhəmiyyətli təsir göstərir. Digər tərəfdən də neftin dünya bazar qiymətlərinin ucuzlaşmasına görə xarici və yerli neft-qaz şirkətlərindən mənfəət vergisi üzrə ödəmələrinin aşağı düşməsi, investisiya büdcəsinin kəskin ixtisarına görə büdcə əsaslı sifarişlərin azalması da son nəticədə bu növ vergi üzrə daxilolmaları azaldıb.
Hazırkı iqtisadi böhran uzandıqca, bu azalmanın tendensiya xarakteri alması şübhəsizdir.