vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNEY  
23:52 | 20 noyabr 2016 | Bazar Məqaləyə 839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbrizdə imzatoplama kampaniyası

Məqsəd Ərk Qalasının dağıdılmasının qarşısını almaqdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbrizin Ərk Qalasının tədrici dağıdılmasının qarşısını almaq məqsədi ilə internetdə İmzatoplama Kampaniyası başladılıb.

Məlumata görə, əhalinin bütün etirazlarına rəğmən Qalanın yaxınlığında avtomobil dayanacağının tikilməsinə dair layihənin icrası üçün lisenziya verilib. Layihənin icra edilməsi ilə bağlı Təbriz Müsəllası Xeyriyyə Fondunun müdiri məlumat verdikdən sonra internetdə İmzatoplama Kampaniyasına start verilib.

Ekspertlər «qalanın ətrafında torpaq qazıntısı və inşaat işlərinin aparılması, tarixi qalanın məhv edilməsi ilə nəticələnəcək» deyə xəbərdarlıq edirlər.

Azərbaycanlı ictimai fəallar tərəfindən başladılan kampaniya Ərk Qalasının tədricən sıradan çıxarılmasının qarşısını almaq məqsədi güdür.

Kampaniya başlatmaqdan başqa parlament deputatlarına məktub da ünvanlanıb. Fəallar İran Konstitusiyasının (Anayasa) bir neçə maddəsini xatırladaraq millət vəkillərini Ərk Qalasına sahib çıxmağa çağırıblar.

Telegram kanalının adresi:

https://telegram.me/ark_sarafraz

 

Kampaniyanın Telegram qrupları:

https://telegram.me/joinchat/BxfOakEyPCwCznvqzs8wQg