vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
20:44 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 953 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

110 elmi məqalə, 12 məruzə

Təbriz Universitetində Urmiya gölü konfransı

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbriz universitetində «Urmiya gölü böhranının ətraf-mühitə təsiri və coğrafi nəticələri» mövzusunda beynəlxalq konfrans keçirilir.

Noyabrın 23 və 24-də keçiriləcək konfransda Amerika Birləşmiş Ştatları, İtaliya, İngiltərə, Türkiyə, Norveç, Malayziya və ölkə daxilindən mütəxəssislər iştirak edəcək.

«Konfrans Katibliyinə göndərilən məqalələrdən 110 elmi məqalə seçilib və tədbirdə iştirakçılarından 12 mütəxəssis geniş elmi məruzə ilə çıxış edəcək. Bundan əlavə, LANSET üzvlərinin iştirakı ilə iqlim dəyişikliyi mövzusunda panel müzakirələrinin keçirilməsi, Urmu gölünə baxış keçirmək və Təbrizdə gəziyə çıxmaq, konfransın digər proqramları sırasındadır» - deyə Konfransın baş katibi Şəhram Rusatayi bildirib.

Onun sözlərinə görə, Məhəmmədəli Xorşiddust konfransın elmi katibi, Şəhrivər Rustayi İcra Katibi və Əkbər Əsğəri Zamani koordinasiya katibi təyin olunub.